Riçard Almeyda Azərbaycan millisindən ayrıldı

Oxunma sayı: 642
7-03-2017, 11:46

Riçard Almeyda Azərbaycan millisindən ayrıldı



"Qarabağ” klubunun futbolçusu Riçard Almeyda Azərbaycan milli komandasının məşqində iştirak etdikdən sonra düşərgədən ayrılıb.

arasdirma.info xəbər verir ki, Braziliyalı yarımmüdafiəçinin yığmaya çağırılmasında məqsəd milli ab-havasını hiss etmək, adaptasiya prosesinə başlamaqdan ibarət olub.

O, baş məşqçi Robert Prosineçki tərəfindən toplanışa dəvət olunmuşdu.

Almeydanın Azərbaycan milli komandasının heyətində rəsmi oyunlarda iştirak etməsi ilə bağlı FIFA-nın qərarının növbəti aylarda açıqlanması gözlənilir.


Mənbə:“Qafqazinfo”

Paylaş
Xəbər lentİ