Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab matçları start götürəcək...

Oxunma sayı: 769
7-03-2017, 14:14

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab matçları start götürəcək...



Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab matçları start götürəcək.
arasdirma.info-ın məlumatına görə, ilk oyun günündə biri Londonda, digəri Neapolda olmaqla, iki görüş keçiriləcək.

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab matçları start götürəcək...


İngiltərədə paytaxt təmsilçisi “Arsenal” Almaniyanın “Bavariya” komandasını qəbul edəcək. Bu kollektivlər arasında Münhendə baş tutan ilk matçda Karlo Ançelottinin baş məşqçisi olduğu kollektiv 5:1 hesabı ilə qalib gəldiyindən, cavab oyunu formal xarakter daşıyır. Düzdür, “topçular”ın möcüzəyə imza atmaq şansı var. Lakin “Arsenal”ın “Bavariya”nı mübarizədən kənarlaşdırması real görünmür.

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab matçları start götürəcək...


Günün digər görüşü İtaliyada keçiriləcək. Madriddə Lorenzo İnsinyenin dəqiq zərbəsi ilə hesabı açan, lakin sonradan Kərim Benzema, Toni Kroos və Kazemironun qollarına əngəl ola bilməyən “Napoli” “Real Madrid”i qəbul edəcək.

Turnirin son qalibi olan İspaniya təmsilçisi cütün favoriti hesab edilir. Çünki ilk matçda 3:1 hesabı ilə qələbə qazanan “Real” 1/4 finala yüksəlməyə daha yaxındır.

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab matçları start götürəcək...


Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

23:45 “Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya)

Baş hakim: Tasos Sidiropulos (Yunanıstan)

İlk oyun – 1:5

23:45 “Napoli” (İtaliya) – “Real Madrid” (İspaniya)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

İlk oyun – 1:3

Paylaş
Xəbər lentİ