Ronaldu “Mançester Yunayted”ə qayıdışından sonra ÇL-də ilk qolunu vurdu

Oxunma sayı: 269
14-09-2021, 21:52

Ronaldu “Mançester Yunayted”ə qayıdışından sonra ÇL-də ilk qolunu vurdu
Bir çoxlarının gözləmədiyi halda “Yuventus”dan “Mançester Yunayted”ə keçən Kriştianu Ronaldu yeni komandasının heyətində UEFA Çempionlar Liqasının qrup mərhələsində ilk qolunu vurub.

Səfərdə “Yanq Boyz”la qarşılaşan “qırmızı şeytanlar” hücumçunun vurduğu qolla matçın 13-cü dəqiqəsində hesabı açıblar.

Bu, Ronaldunun turnir tarixindəki 135-ci qolu olub. Müvafiq göstərici üzrə o, mütləq liderdir. Qarşılaşma hücumçunun iştirak etdiyi 177-ci ÇL oyunu olmaqla da tarixə keçib. Beləliklə də, Kriştianu turnirdə ən çox oyun keçirən İker Kasilyasa çatıb.

Qeyd edək ki, portuqaliyalı son dəfə Premyer Liqa təmsilçisinin heyətində “Barselona”ya qarşı final görüşündə iştirak edib və 2-0 hesablı məğlubiyyətlə üzləşib.

Paylaş
Xəbər lentİ