London derbisində “Çelsi” qalib gəldi

Oxunma sayı: 268
20-09-2021, 21:02

London derbisində “Çelsi” qalib gəldi
Sentyabrın 19-da futbol üzrə İngiltərə Premyer Liqasında dördüncü turun mərkəzi qarşılaşması keçirilib.

Arasdırma.info xəbər verir ki, “Uembli” stadionunda baş tutan görüşdə iki London təmsilçisi - “Tottenhem” və “Çelsi” klubları üz-üzə gəlib.

Görüş “Çelsi”nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Tomas Tüxelin yetirmələrinin heyətində Tiaqo Silva, Nqola Kante və Antonio Rudiger fərqləniblər.

Bu qələbə sayəsində “Çelsi” xal ehtiyatını 13-ə çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. “Tottenhem” isə 9 xalla yeddinci yerdə qərarlaşıb.//bizimmedia

Paylaş
Xəbər lentİ