Arasdirma.info

Azərbaycanda 25-30 manata satılan qozun əsl qiyməti şok etdi

9-03-2017, 16:56

Azərbaycanda 25-30 manata satılan qozun əsl qiyməti şok etdi


"Azərbaycanda 25-30 manat arasında satılan qoz ləpəsinin real qiyməti 5 dollara başa gəlir."

arasdirma.info bildirir ki, bu barədə aznews.az-a kənd təsərrüfat üzrə ekspert Vahid Mərərrəmov bildirib. O, təmizlənmiş ləpələrin əsasən Rusiya və İrandan gətirildiyini qeyd edib:

"Təmizlənmiz qoz Rusiyadan 7, İrandan isə 5-6 dollara alınır. Amma Azərbaycana gətirildikdən sonra isə bu qiymətlər iki dəfə baha satılır. Problem nədədir? Bu sahədə istehsal, idxal və topdansatış inhisardadır. İdxalla məşğul olan sahibkarlar əldə etdikləri gəlirlərin bir hissəsini onlara nəzarət edən qurumlarla bölüşür."

Vahid Məhərrəmov bir müddət əvvəl bununla bağlı araşdırma aparıldığını və həmin vaxtı gömrük işçiləri tərəfindən süni olaraq qiymətlərin aşağı göstərilməsi faktları aşkar edildiyini bildirib: "Hazırda fındığın qiymətinin 20 manatdan yüksək dəyərləndirilməsi süni haldır. Bayram ərəfəsində işbazlar təlabat çox olduğundan qiymətləri dəfələrlə artırırlar."

Ekspert əslində Azərbaycanda fındıq istehsalının artdığını vurğulayıb: "Qoz istehsalı 20 faiz, şabalıd isə 2 dəfə azalıb. Əvvəllər 1600 ton şabalıd istehsal olunurdusa, indi bu rəqəm 800 tona düşüb. İstehsal olunan quru meyvələr ölkə əhalisinin tam olaraq təlabatını ödəmir. İdxal ciddi şəkildə artıb. Deməli, istehsal azaldığı üçün idxal da artıb."

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN