Azərbaycanda 8 bankın balans kapitalı 100 MLN MANATDAN ÇOXDUR

Oxunma sayı: 513
28-08-2019, 18:31

Azərbaycanda 8 bankın balans kapitalı 100 MLN MANATDAN ÇOXDUR
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 8 –nin balans kapitalı 100 mln manatdan çoxdur. Arasdırma.info bankların bu ilin birinci yarısına olan maliyyə hesabatına istinadən xəbər verir ki, ən böyük balans kapitalı Azərbaycan Beynəlxalq Bankına məxsusdur. Adı qeyd edilən bankın balans kapitalı 1469,9 mln manat təşkil edir. Hesabat dövründə ikinci ən çox balans kapitalı “PAŞA Banka” məxsus olub 425,8 mln manat,siyahının üçlüyünü isə 399,2 mln manat balans kapitalı ilə “Xalq Bank” tamamlayıb.

Digər 5 bankın balans kapitalı aşağıdakı kimidir.

“Kapital Bank” 363,9 mln manat

“Ata Bank” 142,6 mln manat

“Premium Bank" 125,2 mln manat

“Expressbank” 122,7 mln manat

“Unibank” 118,5 mln manat

Paylaş
Xəbər lentİ