Best Beer ət və ət məhsullarının tərkibi şübhə doğurur.

Oxunma sayı: 1 105
11-09-2019, 17:57

Best Beer ət və ət məhsullarının tərkibi şübhə doğurur.
Kolbasa və sosislərin ətdən deyil, xərçəng mənbəyi olan Çindən idxal edilən protein tozundan hazırlandığı iddia olunur...

Ümumdünya Səhiyyə Təşkilatı (WHO) kolbasa məhsullarının insan orqanizminə ən azı siqaret qədər zərər vurması və onkoloji xəstəliklər yaratması barədə dəfələrlə ciddi xəbərdarlıq edib. Belə ki, mütəxəssislər qida sənayesində işlənmiş ət məhsullarının xərçəng yaratma riskini araşdırıb, həftəyə iki və daha artıq sosiska yeyən qadınların süd vəzi xərçənginə tutulma riskinin dəfələrlə artmasını sübut ediblər.

O da məlumdur ki, hazırda kolbasa və sosislərin hazırlanmasında tam ət məhsulundan istifadə olunmur. Belə məhsulların əsas hissəsini soya (paxlalı bitki), heyvan dərisi, sümükləri və digər tullantı hissələri, sellüloz təşkil edir. Bu kütləyə onu “ətə” bənzətmək üçün külli miqdarda kimyəvi maddələr də əlavə olunur. Kolbasa məhsullarına əlavə olunan nitratlar (natrium nitriti) məhsula xoşagəlimli xarici görünüş verməklə yanaşı, onun saxlanma müddətini artırır.

Kolbasa-sosis məhsullarına əlavə olunan digər zərərli maddə isə fosfatlardır ki, orqanizmdə kalsium və fosforun balansını pozur və nəticədə insanda osteoporoz (sümüklərin kövrək olması) inkişaf edir. Son illər də isə kolbasa və sosisləri hazırlamaq üçün heyvan tullantılarından və soyadan hazırlanmış protein tozundan istifadə geniş yayılıb.

Bu baxımdan tez-tez kolbasa məhsulları qəbul edən insanın orqanizmində xərçəng hüceyrələrinin əmələ gəlməsi prosesi sürətlənir. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (WHO) da dəfələrlə xəbərdarlıqla çıxış edib. Buna baxmayaraq, bir çox ölkələrdə insan sağlamlığı üçün çox ziyanlı olan kolbasa və sosis məhsulları kütləvi şəkildə istehsal olunur və Azərbaycan da bu ölkələr arasında yer alır.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, Əhmədli prospekti, 2245-ci məhəllədə yerləşən fiziki şəxs Tahirov Malik Ağaşirin oğluna məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı kolbasa və sosislərin istehsalında bir sıra qanun pozuntuları aşkar edilib.Redaksiya adından müəssisənin rəhbəri Etiram adlı şəxslə əlaqə saxlasaq da cavab verən olmadı.Müəssisənin məsul əməkdaşı Elxan müəllimlə əlaqə saxladıq.Məsələ ilə bağlı açıqlama verən Elxan müəllim,hazırda məhsullara əlavə edilən qatqıların qiymətlərinin çox baha olduğunu qeyd etdi.Bundan başqa hala,haram söhbətinin Qafqaz müsəlmanlar İdarəsi tərəfindən həll olunduğunu dedi.

Azəebaycan Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, belə ki, normativ-texniki sənədlərin tələblərinə əsasən halal məhsulların istehsalında istifadə olunan avadanlıqlar, vasitələr və istehsal xətləri yalnız halal qida üçün istifadə oluna bilər. Lakin yoxlama zamanı müəssisədə "Ocaq" və "İveriya" adlı "Halal" sosislərin tərkibində donuz piyi olan məhsulların istehsalında istifadə edilmiş avadanlıqlarda istehsal olunduğu istisna olunmur.

Bundan başqa, istehsal olunan məhsulların markalanmasında digər təsərrüfat subyektinə məxsus "Best Beef" əmtəə nişanından qanunsuz istifadə edildiyi müəyyən olunub.

Eyni zamanda, məhsulların istehsalında camış ətindən istifadə edildiyi halda, etiketlərdə bu barədə məlumat verilmədiyi, məhsulun tərkibi, saxlanma şəraiti, enerji və qida dəyəri barədə düzgün olmayan məlumatlar verildiyi, habelə kolbasa və sosislərin texnoloji təlimat olmadan istehsal olunduğu aşkar edilib.

Araşdırma davam etdirilir.

Paylaş
Xəbər lentİ