Best beef kolbasa və sosisləri insan həyatı üçün təhlükəlidir.

Oxunma sayı: 1 646
9-10-2019, 22:48

Best beef kolbasa və sosisləri insan həyatı üçün təhlükəlidir.
Kolbasa və sosiska məhsulları insan həyatı üçün təhlükəlidir.Onkoloji xəstəliklərin yaranmasında əhəmiyyətli dərəcədə rol oynayır.-Bunu Avropa Qida təhlükəsizliyi Assosiasiyasının ekspertləri deyir.Lakin bu məhsullara vurula kimyəvi əlavələr ,cəmiyyətimizin qanına işləyib.Odur ki,kolbasa və sosiska yeməyən insanlar azlıq təşkil edir.
Azərbaycanda bu məhsulları istehsal edən şirkətlər kifayət qədərdir.Onlardan biri də."Best beef"firmasıdır ki,bu firma cənub bölgəsindən olan oliqarxlara məxsusdur.Qanunsuzluq baş alıb gedir,bu müəssisədə.Antisanitariya hökm sürür.Məhsulları da keyfiyyətsiz.Məhsulun tərkibində 15 faizət var,o da ət demək mümkündürsə.Xatırladırıq ki,bu yaxınlarda Leş Tofiq ləqəbli ət alverçisi həbs olunub.Onun 2-3 manata satdığı ətin müəyyən hissəsi də kolbasa zavodlarına verilirmiş.
Amma bu az bir rəqəmdir.Əslində bu kolbasa və sosiskalara toyuq dərisi vurulur.Ekspertlərin fikrincə bu məhsullar insan orqanizminə zərərlidir.Əməkdaşımız adı çəkilən sexlə bağlı rəhbərliyə müraciət etmişdir.Deyilənə görə,Malik və Ehtiram adlı qardaşlara məxsus olan bu firmanın işi «halal» qadağası çıxandan sonra əngələ düşüb.
Sexin işçilərindən birinin dediyinə görə Ehtiram qardaşın külli miqdarda yeyinti olduğundan sexdən uzaqlaşdırılıb.
Bizə verilən məlumatda daha sonra bildirilir ki, istehsal olunan məhsulları mağazalara paylayan «ekspeditorlar»la qurulan iş də qanunvericiliyə uyğun deyil. Onların əksəriyyətilə əmək müqaviləsi belə bağlanmır. Bir müddət işlədikdən sonra məlum olur ki, «ekspeditor» özü üçün deyil lənkəranlı qardaşlar üçün çalışıb. Narazılıq edənləri dərhal işdən qovurlar. Bu prosedur firmaya sərf edir. Yeni işçilər fırıldaqları bilənə kimi onlar faktiki olaraq «Best Beef» üçün pulsuz işləyir. Şikayətdə sözügedən firmada olan başqa qanunsuzluqlardan da geniş söhbət açılır. Araşdırmamız davam edir. Əlaqədar qurumları bu məsələni nəzarətdə saxlamağa çağırırıq..Müəssisənin aylıq dövriyyəsi 500-800 min AZN təçkil edir.Vergidən yayınma halları da mövcuddur.Hazırda müəssisə ilə bağlı rəhbərliklə əlaqə qurmaq mümkün olmadı.Yaxın günlərdə məsələyə aydınlıq gətirmək üçün qarşı tərəfin fikrini dərc edəcəyik.

Paylaş
Xəbər lentİ