Gömrük Komitəsinin və Vergilər Nazirliyi üçün plan 857 milyon manat artırılır

Oxunma sayı: 604
21-10-2019, 06:21

Gömrük Komitəsinin və Vergilər Nazirliyi üçün plan 857 milyon manat artırılır
2020-ci il dövlət büdcəsində Vergilər Nazirliyinin xətti ilə daxilolmalar proqnozu 7 milyard 875 milyon manat nəzərdə tutulur. Fins.az 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin Təqdimatına istinadən xəbər verir ki, bu, cari ilin proqnozundan 559 milyon manat çoxdur.

Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların proqnozu 4 milyard manat nəzərdə tutulur, bu da 2019-cu ilin proqnzundan 298 milyon manat çoxdur.

Beləliklə, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar proqnozu 857 milyon manat artırılır.Dövlət Neft Fondundan transfert isə 14,3 milyon manat azaldılaraq 11 milyard 350 milyon manata endirilir.

2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat proqnozlaşdırılır, bu da 2019-cu ilin büdcə proqnozu ilə müqayisədə 966,5 milyon manat çoxdur.

Paylaş
Xəbər lentİ