Bakı və Tehran razılaşdı: Bu məhsullar çox ucuz olacaq

Oxunma sayı: 440
10-12-2019, 14:53

Bakı və Tehran razılaşdı: Bu məhsullar çox ucuz olacaq
İranın şimalında yerləşən Ərdəbil vilayətinin Parsabad rayonunda birgə sənaye parkının yaradılması üzrə razılaşma iki ölkənin iqtisadi əlaqələrində müsbət addımdır.

Arasdırma.info xəbər verir ki, bunu İran və Azərbaycan birgə ticarət palatasının iranlı baş katibi Hüseyn Vosuqi İrani Trend-ə açıqlamasında deyib.

H.V.İraninin sözlərinə görə, razılaşmada qeyd olunub ki, həmin ərazinin hansı ölçüdə və hansı imkanlara sahib olması haqqında qərarlar işçi qrupunun iclasında veriləcək:

"Bu sənaye parkında həm iranlı, həm də azərbaycanlı istehsalçılar birgə şəkildə məhsul istehsal edəcəklər. Eyni zamanda Azərbaycanın iş adamları bu parkda istehsal olunan məhsulları Rusiya, Qafqaz, Orta Asiya ölkələrinə ixrac edəcək. Bu məhsullar çox ucuz qiymətə başa gələcək. İlk növbədə ərzaq məhsullarının istehsalı diqqət mərkəzində olacaq. İranla sərhəddən Azərbaycanın İmişli rayonunda dəmiryoluna kimi təxminən 8 kilometr məsafə var. İki ölkənin birgə sənaye parkında istehsal olunacaq məhsullar Azərbaycanın dəmiryolu vasitəsi ilə daşınacaq”.

Vosuqi İrani bildirib ki, sənaye parkının bu ərazidə seçilməsi heç də təsadüfi deyil.

Qeyd edək ki, Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayevin İrana səfəri çərçivəsində İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani arasında Ərdəbil vilayətinin Parsabad rayonu ərazisində iki ölkənin birgə sənaye parkı yaradılması haqda razılıq əldə olunub.Axar.az

Paylaş
Xəbər lentİ