Millət vəkilindən kreditlərlə bağlı - Vacib təkliflər

Oxunma sayı: 407
30-03-2020, 11:16

Millət vəkilindən kreditlərlə bağlı - Vacib təkliflər
Kredit ödənişlərinə 3 ay güzəşt tətbiq olunmalıdır.

Arasdırma.info xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin plenar iclasında deyib.

V.Bayramov bildirib ki, bununla bağlı Mərkəzi Bank da müvafiq addımlar atmalıdır:

“Dünya bankları artıq bununla bağlı addım atır. Düşünürəm ki, bizdə də kommersiya bankları bu addımı atmalıdır.

Koronavirusla bağlı tətbiq olunan məhdudiyyətlər ödənişlərə də təsirsiz ötüşməyəcək. Hesab edirəm ki, Mərkəzi Bank da kommersiya banklarına müvafiq güzəştlər edərək likvidiliyi qoruya bilər”.

Deputat gecikmələrə görə bankların əlavə faiz tətbiq etməməklə bağlı təşəbbüs göstərməsinin də vacib olduğunu deyib.Teleqraf.com

Paylaş
Xəbər lentİ