Prezident AZAL-ın fəaliyyətini sərt tənqid etdi: Gəlir haradadır?

Oxunma sayı: 1 133
6-08-2020, 17:50

Prezident AZAL-ın fəaliyyətini sərt tənqid etdi: Gəlir haradadır?

Prezident İlham Əliyev dövlət şirkəti olan AZAL-ın fəaliyyətini sərt tənqid etdi.

Arasdırma.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bugünkü müşavirədə danışıb:

“AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıb. Bütün aeroportlar dövlət tərəfindən tikilib. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək?”,-deyə ölkə başçısı bildirib.//NOCOMMENT.az

Paylaş
Xəbər lentİ