Yaponiya Azərbaycanda tütünçülük sahəsinə 40 milyon dollar investisiya yerləşdirməyi planlaşdırır

Oxunma sayı: 498
8-09-2020, 21:17

Yaponiya Azərbaycanda tütünçülük sahəsinə 40 milyon dollar investisiya yerləşdirməyi planlaşdırır
Yaponiya Azərbaycanda tütünçülük sahəsinə 40 milyon dollar investisiya yerləşdirməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu Yaponiyanın Beynəlxalq İnkişaf Şirkətinin vitse-prezidenti Muneçika Tanio deyib.

O bildirib ki, yaponiyalı investorlar Azərbaycanda ötən ildən fəaliyyətə başlayıb: "İlkin investisiyalar məhz tütünçülük sahəsinə qoyulub. Bu sahəyə Yaponiya 40 milyon dollar vəsait yerləşdirməyi planlaşdırır".


M.Tanio əlavə edib ki, gələn ay ərzində Azərbaycana 100-dək yaponiyalı investorun səfəri gözlənilir: "Bu səfərlər çərçivəsində investorlar ölkənin müəyyən regionlarına səfər edəcək və investisiyalar üçün mənfəətli sektorlar barədə ətraflı məlumat əldə edəcəklər".

Paylaş
Xəbər lentİ