Xaricdən Azərbaycana ən çox sifariş olunan mallar

Oxunma sayı: 438
18-09-2020, 14:20

Xaricdən Azərbaycana ən çox sifariş olunan mallar
2020-cu ilin yanvar-iyul ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə məlumat verilib.

Arasdırma.info xəbər verir ki, 2020-ci ilin yanvar-iyul aylarında Azexport.az portalına 374,5 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 7 ayında portal daxil olan ixrac sifarişləri dəyər baxımından 8% artıb. 2020-ci ilin iyul ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 55 milyon ABŞ dolları təşkil etmiş və ötən ilin müvafiq ayı ilə müqayisədə 26,4% artıb.


Cari ilin iyul ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq mahlıcı və pambıq yağı, fındıq ləpəsi, pomidor, tütün, toyuq əti, alma, toyuq yumurtası, quru süd, qənnadı məhsulu, şərab, tikinti materialı, mühərrik yağı, kosmetik vasitə, sarımsaq, nar şirəsi, uşaq bezi, Naftalan yağı və s. mallara daxil olub.

Qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2020-ci ilin 31 iyul tarixinə kimi (43 ay ərzində) Azexport.az portalına dünyanın 141 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 959,3 milyon ABŞ dolları təşkil edib.//banker.az

Paylaş
Xəbər lentİ