Azərbaycanın işğal altında olan qızıl ehtiyatları - Açıqlandı

Oxunma sayı: 459
27-10-2020, 22:01

Azərbaycanın işğal altında olan qızıl ehtiyatları - Açıqlandı
“İlkin hesablamalara görə, işğal altında olan ərazilərdə qızıl ehtiyyatları 132,4 tondur”.

Arasdırma.info xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.

O bildirib ki, qızıl ehtiyatlarının hazırkı bazar qiymətləri 8 milyard ABŞ dolları edir:

“Digər filiz ehtiyyatları onu göstərir ki, işğal altında olan ərazilərimiz azad olunandan sonra ölkəmizin metallurgiya və dağ-mədən sənayesini inkişaf etdirə biləcəyik. Bu, Azərbaycan iqtisadiyyatına milyardlarla dollar əlavə gəlir gətirəcək.

İşğaldan azad olunandan ilk vaxtlarda Kəlbəcər, Laçın və Yuxarı Qarabağ iqtisadi rayonları Azərbaycan iqtisadiyyatına 2 milyard manatdan artıq əlavə dəyər qatacaq”.//Teleqraf

Paylaş
Xəbər lentİ