Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql edilən neftin həcmi 11 faiz azalıb

Oxunma sayı: 393
17-11-2020, 17:23

Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql edilən neftin həcmi 11 faiz azalıb
2020-ci ilin yanvar-oktyabr ayrları ərzində magistral neft kəmərləri ilə 29 milyon 288,9 min ton neft nəql edilib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz azdır.

Arasdırma.info Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, nəqletmənin 79,3 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib. Cari ilin yanvar-oktyabr ayları ərzində bu kəmər vasitəsilə 23 milyon 240,2 min ton neft ötürülüb ki, bu da 2019-cu ilə nisbətən 10,9 faiz azdır.

Dövr ərzində BTC kəməri ilə 3 milyon 324 min ton tranzit nefti də nəql edilib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz az olub.

Qeyd edək ki, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 32 milyon 424,7 min ton neft nəql edilib. Eləcə də, Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə 26 milyon 106,7 min ton neft ötürülüb.//Cahantv.az

Paylaş
Xəbər lentİ