“AzerGold”un dollar istiqrazı üçün “növbələr düzüldü”

Oxunma sayı: 426
1-12-2020, 19:29

“AzerGold”un dollar istiqrazı üçün “növbələr düzüldü”
30 noyabr, 2020-ci il tarixində Bakı Fond Birjasında “AzerGold” QSC-nin AZ2002019878 dövlət qeydiyyat nömrəli, 10 mln. ABŞ dolları həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

Hərrac zamanı 37 investor tərəfindən qiymət intervalı 100.0000 (4.00%) və 103.4239 (3.00%) olan 46 sifariş təqdim edilmişdir. Emitentin qərarına əsasən istiqrazların kəsmə qiyməti 102.0681 (3.50%), orta ölçülmüş qiyməti 102.4759 (3.35%) müəyyən edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 18 mln. 443 min ABŞ dolları təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 10 mln. ABŞ dolları təşkil etmişdir.

Arasdırma.info analitikləri bildirir ki, sifarişin bu qədər çox olmasına səbəb bu istiqrazların ABŞ dollarında olması investorlar üçün daha risksiz yatırım hesab edilir. Bu baxımdan da hətta ödəniş faizinə nəzər yetirdikdə ölkə bazarında ən yüksək gəlirli maliyyə alətidir. Analitiklər əlavə edir ki, “üstəlik koronavirus pandemiyasından tətbiq edilən ölkədaxili karantinlər bir çox biznes üçün ağır durum yaradır. Bu da öz növbəsində ölkədə bankların (eləcə də digər kredit təşkilatlarının) kreditləşmə imkanlarının məhdudlaşdırmasına səbəb olub ki, həmin banklar da öz faiz öhdəliklərini qarşılamaq üçün bu yatırım imkanından istifadəyə qaçırlar”.

Qeyd edək ki, 24 sentyabr tarixində “AzerGold” QSC-nin istiqrazlarının birinci tranş üzrə 10 mln. ABŞ dolları həcmində olan yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçirilmişdir və orta ölçülmüş qiyməti 101.7493 (3.38%) müəyyən edilmişdir.//Banker.az

Paylaş
Xəbər lentİ