Yanacağın qalxması ilə əlaqədar bəzi ərzaq mallarının da qiyməti artıb.

Oxunma sayı: 396
12-02-2021, 05:15

Yanacağın qalxması ilə əlaqədar bəzi ərzaq mallarının da qiyməti artıb.
Respublikamızda ötən il bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb.
Arasdırma.info xəbər verir ki, cari ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, yumru düyünün, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, kolbasa məmulatlarının, təzə balığın, südün, qatılaşdırılmış şəkərli südün, yoqurtun, xamanın, pendirin, yumurtanın, kərə, zeytun, günəbaxan və qarğıdalı yağlarının, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, fındığın, kələmin, xiyarın, bibərin, badımcanın, balqabağın, çuğundurun, yerkökünün, kartofun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun, meyvə şirəsinin, pivənin, ucuzlaşma isə əsasən mal və qoyun ətinin, dondurulmuş balığın, bananın, portağalın, kivinin, qozun, şabalıdın, pomidorun qiymətlərində müşahidə olunub.
Bəzi məhsulların isə qalxması,Novruz bayramı ərəfəsində gözlənilir.Sahibkarların dediyinə görə,satışda olan mallar hələ ki,köhnə qiymətə satılır.Lakin yeni çatdırılma zamanı qiymətlərin bəzisində 10 faiz artım olacaq.

Paylaş
Xəbər lentİ