Bu gündən cins mal-qara və cücə idxalı gömrük rüsumundan AZAD EDİLDİ

Oxunma sayı: 394
21-02-2021, 07:14

Bu gündən cins mal-qara və cücə idxalı gömrük rüsumundan AZAD EDİLDİ
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti yanvarın 22-də “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Arasdırma.info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına görə 0102 21 300 0 kodu ilə göstərilən safqanlı cins inəklər, 0102 21 900 0 kodu ilə göstərilən digər safqanlı cins diri iribuynuzlu mal-qara (düyələr istisna olmaqla), 0105 11 110 0 kodu ilə göstərilən ev toyuqlarının ana və əcdad cinsi xətti ilə çoxaldılan cücələrin yumurtlayan növləri və 0105 11 190 0 kodu ilə göstərilən ev toyuqlarının ana və əcdad cinsi xətti ilə çoxaldılan cücələrin digər növləri idxal edilərkən 31 dekabr 2023-cü il tarixədək 0 dərəcə ilə idxal gömrük rüsumu tutulur.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra – 21 fevral tarixindən qüvvəyə minir.//gununsesi

Paylaş
Xəbər lentİ