Tağı Əhmədov sədrlikdən çıxarıldı - YAP-dan QƏRAR

Oxunma sayı: 306
10-09-2021, 18:53

Tağı Əhmədov sədrlikdən çıxarıldı - YAP-dan QƏRAR
Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov vəzifəsindən azad edilib.

Arasdırma.info xəbər verir ki, bununla bağlı YAP İdarə Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib.

Yasamal rayon təşkilatının sədrliyinə Nəbiyev Bəxtiyar Eyvaz oğlu təyin olunub.

Tağı Əhmədov YAP Veteranlar Şurasına üzv seçilib.

Bundan başqa, Hacıbala Abutalıbov, Şəmsəddin Xanbabayev də Veteranlar Şurasına üzv qəbul ediliblər.

Paylaş
Xəbər lentİ