Bakıda maşın alverçilərinin İNANILMAZ FIRILDAĞI - QİYMƏTİ BELƏ BAHALAŞDIRIRLAR...

Oxunma sayı: 337
24-09-2021, 19:03

Bakıda maşın alverçilərinin İNANILMAZ FIRILDAĞI - QİYMƏTİ BELƏ BAHALAŞDIRIRLAR...
Azərbaycanda ili nisbətən köhnə olan avtomobil sürənlər “Aİ-92” markalı benzindən istifadə edir. Təzə avtomobillərə isə adətən yüksək oktanlı hesab olunan “Aİ-95” və ya “Aİ-98” markalı benzin tökülür. “Aİ-95” və ya “Aİ-98” markalı benzinin son qiymət artımından sonra isə avtomobil bazarında təlatum yaşanır, iri mühərrikli, xüsusən də "Avro-5" və "Avro-6" standartlarına uyğun olan avtomobillərin satışında azalmalar var. Daha kiçik mühərrikli, dizelə işləyən avtomobillərə isə təlabat artıb. Nəticədə belə avtomobillərin qiyməti də bahalaşıb.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Redaktor.az-a bildirib ki, avtomobil bazarında baş verənlər mövsümi xarakter daşıyır. Yəni, benzinin bahalaşmasının bazara təsiri müvəqqətidir:

"Avtomobil bazarında bahalaşmanın daha ciddi səbəbləri var. Bu gün dünyada çip böhranı avtomobil sənayesini 110 milyard dollar ziyana uğradıb. Nəticədə avtomobil isethsalı 7 milyon ədəd azalıb. Bu, hələ 2023-cü ilə qədər davam edəcək. İstehsalı azalan avtomobillərin Azərbaycana gətirilməsi də azalıb. Şirkətlər isə əllərində olan avtomobilləri baha qiymətə satmağa çalışırlar. Bu, daha çox yeni avtomobillərə aiddir.

Lakin kiçik mühərrikli, dizellə işləyən avtomobillərdə də bahalaşma var. Bunun isə əsas səbəbkarı avtomobil alqı-satqısı ilə məşğul olan fərdi şəxslərdir. Onlar mövcud durumdan istifadə edirlər. Benzin bahalaşan günü onlayın satış platdormalarında dizellə işləyən avtomobillərin sayı kəskin azalmışdı. Alverçilər həmin avtomobilləri onlayn satışdan yığışdırırlar, süni qiymət artımı yaradırlar".

Paylaş
Xəbər lentİ