Sultan Süleymanın cəsədi niyə gizlədildi? - Maraqlı faktlar

Oxunma sayı: 788
7-09-2019, 07:18

Sultan Süleymanın cəsədi niyə gizlədildi? - Maraqlı faktlar
6-7 sentyabr 1566-cı ildə vəfat edən Qanuni Sultan Süleymanın cəsədi taxtın altında gizlədilmişdi

Qanuni Sultan Süleyman 1566-cı ildə xəstə olmasına baxmayaraq 13-cü və son səfəri olan Zigetvara səfərə çıxdı. O zaman 73 yaşında, hökmdarlığının 46-cı ilində idi. Zigetvar şəhərinin ətrafı sular və çaydan ibarət 3 hissədən ibarət idi. Buna görə də tez nəticə əldə etmək mümkün olmadı. Mühasirənin son günündə hökmdar xəstəliyi səbəbindən səhərə yaxın vəfat etdi.

Hökmdarın vəfatından sonrakı gün Zigetvar alınsa da, vəziyyət çox təhlükəli idi. Düşmən və yeniçərilərin vəziyyəti öyrənməsi dəhşətlə nəticələnə bilərdi. Düşmən bundan istifadə etməyə çalışar, yeniçərilər isə kədərləndikləri üçün xaos yarada bilərdilər. Sokullu Mehmet Paşa bu barədə siyasi zəkasından istifadə etdi. Padşahın ölümü vəzirlər də daxil olmaqla hamıdan gizlədildi. Bunu sadəcə padşahın yaxınında olan adamlar bilirdilər.

Sokullu Mehmet Paşa əvvəlcə, Kütahya bəyi şahzadə Səlimə xəbər göndərdi. Xəbəri alan Hasan çavuş şahzadə Səlimə fəthi müjdələyən məktubu verməyə getdiyini düşünürdü.

Padşahın meyitini yuduqdan sonra bundan xəbərdar olan 12 nəfərlə cənazə namazı qılındı. Qanuninin daxili orqanları çıxarılıb həmin yerə dəfn edildi, cəsədi isə mumyalanıb tabuta qoyularaq taxtın altında gizlədildi. Daha sonra vəziyyət vəzirlərə bildirildi. Fəthdən sonra şənliklər təşkil edildi. Hətta padşahın cümə namazını Zigetvarda məscidə çevrilən kilsədə qılacağı deyildi. Cümə günü isə xəstəliyinə görə namaza gəlməyəcəyi elan edildi. Padşahın öldüyü barədə söz-söhbətləri kəsmək üçün ertəsi gün divan iclası olacağı bildirildi. Ertəsi gün deyildiyi kimi iclas baş tutdu. Ancaq burada müzakirə olunan mövzu əsgərdən bu vəziyyəti gizlətməyin yolları idi. Yeniçərilərin ağası padşahla guya görüşmüş kimi əsgərlərə qalanın təmiri barədə göstəriş verdi. Əsgərlərin bir hissəsi isə ətrafdakı qalaların fəthi üçün göndərildi. Beləliklə, əsgərləri qərargahdan uzaqlaşdırmağa nail oldular.

Ancaq hər keçən gün şübhələr artırdı. Nəhayət, 43 gün sonra şahzadə Səlimin Belqrada gəldiyi barədə xəbər verildi və ordu ora göndərildi. Bu arada padşahın ölümü hələ də gizlədilirdi. Padşaha oxşayan xidməti şəxslərdən biri onun arabasına mindirilmişdi. Bu şəxs sağa-sola salam verərək vəziyyətdən çıxmağa kömək edirdi. Padşahı düzgün seçməsələr də, əsgərlər onun yaşadığına inandılar. Sokullu Mehmet Paşa da arada padşahın yanına gedərək guya ona nələrsə ərz edirdi.

Təhlükəli bölgə keçilib Belqrada yaxınlaşanda Sokullu Mehmet Paşa hafizlərdən Quran oxumaqlarını istədi. Əsgərlər birdən-birə donub qaldılar. 46 ildir onlara hökmdarlıq edən padşahın ölməyi onları şoka salmışdı. Sokullu Mehmet Paşanın təsəlliverici nitqi onları özlərinə gətirdi və göz yaşları içərisində yola davam etdilər.

Qanuni Sultan Süleymanın ölümü dahiyanə şəkildə 48 gün gizlədildi. Beləliklə, ola biləcək dəhşətli hadisələrin qarşısı alındı.

Paylaş
Xəbər lentİ