Stalin böyük azərbaycanlıya niyə maşın bağışladı? -

Oxunma sayı: 529
18-09-2019, 18:43

Stalin böyük azərbaycanlıya niyə maşın bağışladı? -
Bu gün görkəmli bəstəkar, publisist, ictimai xadim Üzeyir Hacıbəyovun (1885-1948) doğum günüdür. Üzeyir Hacıbəyov 1885-ci il sentyabrın 18-də Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində doğulub.

Kult.az Üzeyir Hacıbəyovla bağlı 10 maraqlı faktı təqdim edir:

1. Üzeyir Hacıbəyov Azərbaycan tarixində ilk bəstəkardır və müsəlman Şərqində ilk operanın banisidir.

2. O, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin, daha sonra isə SSRİ Ali Sovetinin deputatı olub.

3. Nazirlər Kabinetinin 7 may 2009-cu il tarixli qərarı ilə Üzeyir Hacıbəyov əsərləri Azərbaycan Respublikasında dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

4. Görkəmli dirijor və bəstəkar Maestro Niyazini repressiyadan Üzeyir bəy qoruyub.

5. Üzeyir bəy milliyyətcə tatar Məleykə Terequlova ilə ailə qurub, lakin övladı olmayıb. Deyilənə görə, Məleykə xanım Üzeyir bəyin övlad sahibi olmaq üçün başqa qadınla evlənməsini təklif edib. Amma Üzeyir bəy bunu qəbul etməyib.

6. Ü.Hacıbəyov görkəmli bəstəkar Müslüm Maqomayevlə (1885-1937) bacanaq olub. Onlar həm də eyni ildə, eyni gündə (1885, 18 sentyabr) anadan olublar.

7. Repressiya dövründə Üzeyir Hacıbəyov adı güllələnəcək adamlar siyahısına salınıb, lakin sonradan çıxarılıb.

8. Üzeyir bəyin ömrünün son illərində yazdığı “Firuzə” operası yarımçıq qalıb.

9. Bəstəkar milli musiqi müsabiqəsində münsif olanda ermənilər yuxarı dairələrə məktub yazaraq, Üzeyir bəyin millətçilik etdiyini iddia edirlər. Bu hadisələr Üzeyir bəyə çox pis təsir edir və o, şəkər xəstəliyinə tutulur.

10. Dahi bəstəkarın həkimi erməni Osipyan ona yanlış müalicə və pəhriz təyin edib. Bunun nəticəsində Ü.Hacıbəyov bir ay ərzində 18 kq arıqlayıb, orqanizmi zəifləyib və ürək tutmaları başlayıb.

Bonus: SSRİ lideri Stalin “Koroğlu” operasına görə Üzeyir Hacıbəyovu “QAZ M-1” markalı avtomobillə mükafatlandırıb.

Paylaş
Xəbər lentİ