Sabah Yerə yaxınlaşacaq – NASA xəbərdarlıq etdi

Oxunma sayı: 499
24-09-2019, 21:05

Sabah Yerə yaxınlaşacaq – NASA xəbərdarlıq etdi
ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) sabah böyük bir asteroidin Yer kürəsinə yaxınlaşacağını açıqlayıb.

Arasdırma.info xəbər verir ki, NASA-nın yaydığı açıqlamada 523934 (1998 FF14) adlı göy cisminin 190-430 metr ölçüsünün olduğu bildirilib.

Sürətlə dünyaya yaxınlaşan asteroidin 2-3 Xeops piramidası boyda olduğu deyilib.

Sabah göy cismi Yer kürəsinə 4.2 milyon kilometr məsafədə olacaq.

Xeops piramidasının hündürlüyü 139 metrdir.

Paylaş
Xəbər lentİ