Yəhudi alimdən AĞLAGƏLMƏZ SÖZLƏR: "Gələcəkdə həyat yoldaşınız..."

Oxunma sayı: 483
12-11-2019, 18:03

Yəhudi alimdən AĞLAGƏLMƏZ SÖZLƏR: "Gələcəkdə həyat yoldaşınız..."
Dünyaca məşhur “Homo Sapiens” və “Homo Deus” kitablarının müəllifi, israilli professor, tarixçi alim Yuval Noy Harari Türkiyə mətbuatına geniş müsahibə verib.

Publika.az israilli alimin süni intellektin insanlığa təsiri və robotlarla insanlar arasında duyğusal əlaqələr, gələcək və bir çox məsələlərdən bəhs etdiyi müsahibəsini təqdim edir.

“Süni intellektin duyğuları olmasa da, insanların duyğularını manipulyasiya edə biləcək”



- Kompüter və robotların hissləri olmasa belə bizim hisslərimizi idarə edə biləcəkmi?

- Qətiyyətlə. Hətta bizim başqa insanlara hirslənib etiraz edəcəyik ki, necə yəni bizim hisslərimizi kompüterlər kimi anlaya bilmirlər. Kompüterlərin soyuq və hissiyyatsız olduğunu düşünürük. Amma problem əslində tam tərsidir. İnsanlar hər zaman anlaşılmaq istəyirlər. Mən ailəmin, müəllimimin məni anlamasını istəyirəm. Etdiyim hər şeyin başqaları tərəfindən anlaşılmasını istəyirəm. Çox zaman isə onlar məni anlamır. Ancaq kompüterlər məni başqalarından daha yaxşı anlamaq potensialına malik olacaqlar.

“Gələcəkdə soyuducular hisslərinizi həyat yoldaşınızdan daha yaxşı başa düşəcək”
Yəhudi alimdən AĞLAGƏLMƏZ SÖZLƏR: "Gələcəkdə həyat yoldaşınız..."
- Bu yaxşı bir şeydir, yoxsa pis? İndi də yeni nəsil uşaqlar daim telefon və tabletlərlə oynayırlar. Digər uşaqlarla əvvəlki kimi sosiallaşmırlar. Bu anlamda, insanlığı gələcəkdə nələr gözləyir?

- Təhlükəli və qorxunc ssenarilərdən biri: bizi anlayacaq və evə girər-girməz bizə bağlanacaq maşınlara çox öyrəşəcəyik. Yəni evdəki bütün cihazlar mənim keyfimi və hisslərimi dərhal anlayacaq. Soyuducu, televizor duyğusal halımın fərqinə varacaq. Amma evdəkilər başa düşməyəcək. Soyuducunun sizə həyat yoldaşınızdan daha yaxşı başa düşdüyü bir dünyada yaşamaq necə olar? Belə bir dünyada dözümsüz hala gələcəyik.

- Yəni insanlar arasındakı münasibət gələcəkdə daha da mürəkkəbləşəcək?

- Bəli. Bəzi şeylərin qarşısını almaya bilərik. Bu, böyük təhlükədir.

- Siz, eyni zamanda, din və milliyyətçiliklə bağlı yazılar yazmısınız. Din və milliyətçiliyin 21-ci əsrin qlobal istiləşmə, texnoloji inkişaf kimi problemlərinə çarə olmayacağını deyirsiniz. Bəs çarə nədir?
Yəhudi alimdən AĞLAGƏLMƏZ SÖZLƏR: "Gələcəkdə həyat yoldaşınız..."
- Tək cavabım qlobal əməkdaşlıqdır.

- Bu, həqiqətən, mümkündür?

- Bilmirəm…

- Son 20-30 ildir, qloballaşma teoriyası üzərində danışırsınız. Amma indi görürük ki, bu teoriya tez çökür. Dövlətlər yüksəlişdədir. Qloballaşma günün sonunda kapitalizmin hekayəsi olur. Bu baxımdan siz öz teoriyanıza güvənirsizmi?

- Yox. Nəyin işləyə biləcəyi ilə nəyin gerçəkdən olacağını ayırd etməliyik. Əslinə baxsanız, bu, gerçəkləcəyi qəti olmayan ən böyük inqilabdır. İnsanlar çox zaman öz zərərlərinə olacaq şeyləri edirlər. Həm fərdi, həm də kollektiv səviyyədə. Əgər iqlim dəyişikliyi, ya da biotexnologiyada süni intellektin yüksəlməsi kimi bir məqama baxsanız, bunu tək ölkə səviyyəsində çözə bilməzsiniz. Məsələn, Türkiyə iqlim dəyişikliyini təkbaşına həll edə bilməz. Başqa ölkələrlə əməkdaşlıq etməsə, bu çox çətin olar. Çünki iqtisadi şəkildə, ciddi anlamda, özünə güvənmək lazımdır. Eynən bunun kimi deyə bilərik ki, genetik mühəndisliklə bağlı narahatlıqlarınız var. İnsanların tanrı rolunu oynamağa başlamasının, uşaq istehsal edəcək qədər mühəndisliyi inkişaf etdirməsinin pis fikir olduğunu və Türkiyənin insanlar üzərində genetik mühəndisliyi qadağan etməsini düşünürsünüz. Ancaq Çindəki mütəxəssislər üzərində nəzarətiniz yoxdur. Türkiyə qadağan etdi, Çin etmədi. Nə olacaq? Gələcək 20-30 il içində Çin bu mövzu ilə bağlı bütün üstünlüklərə sahib olacaq. Yəni insanlar üzərində genetik çalışmalar etdiyi üçün iqtisadi, sosial və hərbi faydalar təmin edəcək.
Yəhudi alimdən AĞLAGƏLMƏZ SÖZLƏR: "Gələcəkdə həyat yoldaşınız..."
Yəhudi alimdən AĞLAGƏLMƏZ SÖZLƏR: "Gələcəkdə həyat yoldaşınız..."

Paylaş
Xəbər lentİ