Spişka, qırmızı yazan iki ruçka, bir də razetka...

Oxunma sayı: 624
26-11-2019, 12:10

Spişka, qırmızı yazan iki ruçka, bir də razetka...
Rus dilli “ana dili keşikçisi”nə evdən zəng gəlir:

- Tı qde, əzizim?
- Nə olub, doroqaya, ruldayam...

- Vajnı sözüm vardı.
-De, görüm.

-Bilirsən, o millətçi kişi var e, bığlı, “facebook”da, yenə ana dilinə təcavüz edib. Birinə yazıb ki, “doğum günün qutlu olsun”. Başqa birinə də yazıb ki, “milləti aşağılamayın”. “Doğum günün” nədir, a kişi? Bu sözü eşidəndə roddom yadıma düşür. “Aşağılamaq” nədir? Ana dilimizin evini belə yıxırlar e...Klyanus, dəli oluram, son illərdə nə qədər türk sözü keçib dilimizə...Əllərim gicişir e, indi yazacam ki, a kişi, a pantürkist, qutlu nədi, aşağılamaq nədir. Yazacam ki, ana dilinin anasını ağlatmayın.

- Aaz, qabaqda povorot var, orda QAİ dayanıb, danışammıram.
- Skorotsu aşağı sal, nauşniki tax. Nədən qorxursan, ştraf yazmaz saa,”Press” yazısını qabaq porpresə tax.

- Xoroşo doroqaya, QAİ-ni keçim, qəşəng cümlələr deyəjəm, onu yaz. Qoy cızdağın çıxaraq o pantürkistin.
- Hə yaxşı...Mənə bax, JEK-dən gəlmişdilər, qodovoy kvartplatanı istədilər.

- Vermə. Poşli oni ya yuq! Çox o yan, bu yan eləsələr, denən axşam özüm həyətdə olajam, besedkaya gəlsin, bir az platit eləyim... Nə alım gələndə?
- Spişka, qırmızı yazan iki ruçka, bir də razetka. Başqa vajnı şeylər də var, onları bazar günü alarıq.

- Nə?
- Dopustim, paduşka üzü, prostina...

- Yaxşı yadıma düşdü, odeyalda soyuqdu mənə. Yorğanı çıxar yük yerindən, sər üstümə axşam.

- Ladno.
- Poka.
Elman Cəfərli(Cebhe.info)

Paylaş
Xəbər lentİ