Siçan ilində doğulan məşhurlar - SİYAHI

Oxunma sayı: 573
3-01-2020, 05:57

Siçan ilində doğulan məşhurlar - SİYAHI
Şərq təqviminə görə, yeni il Ağ Metal Siçan üzərində təhvil olacaq. Bu heyvan sürətli, cəsarətli, səliqəli və son dərəcə diqqətlidir.
Maraqlıdır, 12 ildən bir təkrarlanan siçan ilində doğulan məşhurlar kimlərdir?


1924-cü il Səudiyyə Ərəbistanının 6-cı kralı Abdullah bin Əbdüləziz Əl Səud, Hind aktyoru Rac Kapur , Şərqdə ilk opera yazan qadın bəstəkar, mahnı və romansların müəllifi Şəfiqə xanım Axundova dünyaya gələrək ortaq cəhətə, siçan ilinin tanınmış simaları sırasına daxil olublar.

1936-cı il məşhur futbolçu Leonal Sançez, tanınmış rusiyalı pianoçu İqor Jukov dünyaya gələrək siçan ilinin məşhur nümayəndələrinə çevriliblər.

1948-ci il doğulan Türkiyə Milliyyətçi Hərəkat Partiyası başçısı Dövlət Bağçalı, Azərbaycanın xalq artisti kino rejissoru və aktyor Ramiz Əzizbəyli, Azərbaycanın xalq artisti , "Şöhrət" ,"Şərəf" ordeni laureatı Rasim Balayev, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Klıçdaroğlu , dünyaca məşhur fransız aktyor Jerar Depardye sişan ilinin məşhur obrazlarıdır.

1960-cı il, siçan ilində türkiyəli aktyor Nejat İşler, türkiyəli müğənni Demet Akalın, dünyaca məşhur ispaniyalı aktyor Antonio Banderas, məşhur futbolçu Dieqo Armando Maradona, Ukraynanın ilk qadın prezidenti Yuliya Timoşenko doğulub.


1972-ci il siçan ilində türkiyəli müğənni Tarkan, məşhur ABŞ reperi, DJ, Eminem, türkiyəli aktyor Nejat İşler, "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov, türkiyəli müğənni Demet Akalın dünyaya gəlib.

1984-cü il siçan ilinin məşhur nümayəndələri isə Türkiyəli bəstəkar və musiqiçi Koray Avcı, türkiyəli müğənni Beren Saat, ispan futbolçu Fernando Torres, türkiyəli aktrisa və müğənni Aslı Enver, müğənni Elçin Cəfərov və amerikalı müğənni Keti Perridir.Modern.az

Paylaş
Xəbər lentİ