Arasdirma.info

BAKIDA DOĞULMUŞ AFRİKALI MİLYARDER XANIM – 2.3 milyard dollara sahibdir...

12-01-2020, 01:53

BAKIDA DOĞULMUŞ AFRİKALI MİLYARDER XANIM – 2.3 milyard dollara sahibdir...
Anqolanın sabiq prezidenti Joze Eduardo duş Santuşun böyük qızı və Afrikanın varlı qadını İzabel duş Santuş Rusiya vətəndaşı imiş.

«Azadlıq Radiosu»nun xəbər verdiyi kimi, milyarder xanıma vətəndaşlıq ona görə verilib ki, 2,3 milyard dollara sahib olan İzabel vətənində korrupsiyaya görə təqiblərdən yayına bilsin.

Ancaq Rusiya XİN bu informasiyanı təkzib edib. Nazirlikdə xatırladıblar ki, İzabel duş Santuşun Rusiya vətəndaşlığı almağa ehtiyacı yoxdur, belə ki, o, anadan Rusiya vətəndaşı olaraq doğulub.

«Göstərilən şəxs Rusiya vətəndaşlığı almayıb, çünki onun Rusia vətəndaşlığı əvvəldən var idi» - Rusiya XİN-in xəbərində deyilir.

İzabel duş Santuş 1973-cü ildə Bakıda doğulub. Onun anası Penza şəhərindən olan Tatyana Kaknakovadır. Tatyana anqola lideri Joze Edudonun birinci arvadı olub və hazırda Londonda yaşayır.

İzabelin özü Afrikanın 10 varlı adamları arasında 8-ci yerdə dayanır və qitənin ilk milyarder qadınıdır. Anqolada onu korrupsiya cinayətlərində günahlandırırlar, ancaq İzabel ittihamları rədd edir və bəyan edir ki, bütün bunlar siyasi təqibdir.
BAKIDA DOĞULMUŞ AFRİKALI MİLYARDER XANIM – 2.3 milyard dollara sahibdir...
2017-ci ildə bu postda İzabelin atasını əvəzləmiş yeni prezident onu dövlət neft şirkətinin başçısı vəzifəsindən azad edib. Bir ildən sonra isə İzabelin qardaşı korrupsiyada günahlandırılaraq, həbs olunub.

Duş Santuşun ailəsi korrupsiya ittihamlarını rədd etsə də 2019-cu ilin dekabrında onların bütün aktivləri məhkəmə qərarı əsasında həbs olunub. Bu məsələdə Rusiya vətəndaşlığı İzabelə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Anqolaya ekstradisiya olunmaqdan qaçmaqda kömək edə bilər. Xanım hazırda BƏƏ-ə yaşayır.

Göründüyü kimi, Azərbaycanın suyu və havası İzabel xanımda da özünü bariz şəkildə göstərib – o, milyader olub və ardınca «korrupsiyaçı» elan edilib…

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN