Arasdirma.info

Dünyanın ən soyuq qəsəbəsi: 60 dərəcə şaxtada yaşayırlar (FOTO)

9-03-2020, 22:17

Dünyanın ən soyuq qəsəbəsi: 60 dərəcə şaxtada yaşayırlar (FOTO)
Dünyanın ən soyuq yaşayış məntəqəsi - Yakutiyada yerləşən Oymyakon qəsəbəsidir.

Baku.ws xəbər verir ki, burada qışda temperatur mənfi 50-60 dərəcəyə qədər enir.

Günün 21 saatı isə qaranlıq olur. 1933-cü ildə burada mənfi 71.2 dərəcə şaxta qeydə alınıb.

Sibirin geniş çöllərində yerləşən bu kiçik qəsəbədə 500 nəfər yaşayır. Oymyakona getmək olduqca çətindir.

Üstəlik, qışın çətin şərtləri buna əlavə olunduqda vəziyyət olduqca mürəkkəbləşir. Yakutya dilində Oymyakonun mənası "dondurmayan su" deməkdir. Ancaq bölgə ilə bağlı faktlar heç də belə deyil.
Dünyanın ən soyuq qəsəbəsi: 60 dərəcə şaxtada yaşayırlar (FOTO)
Təbiətin çətin şəraitində yaşamağa vərdiş edən yakutlar bu hava şəraitində yaşamağa davam edirlər.

Hava istiliyinin tez-tez mənfi 50 dərəcəyə çatdığı Oymyakonda çaydan tutulan balıqlar ən əsas qida mənbəyidir.

Bundan başqa demək olar ki, hər şey bölgənin cənub hissəsindən gəlir.
Dünyanın ən soyuq qəsəbəsi: 60 dərəcə şaxtada yaşayırlar (FOTO)

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN