Tanınmış Ekstrasens Etibar şok edici proqnozları ilə yenidən gündəmdə.(eksklüziv)

Oxunma sayı: 1 033
9-12-2018, 01:07

Tanınmış Ekstrasens Etibar şok edici proqnozları ilə yenidən gündəmdə.(eksklüziv)
Tanınmış Ekstrasens Etibar şok edici proqnozları ilə yenidən gündəmdə.(eksklüziv)
Son zamanlar insanları maraqlandıran bir şey var,hər kəs gələcəkdə nələrin olcağı ilə maraqlanır.”Nə var,nə yox ?””Nə xəbər var,yaxud nə yenilik var?”,”Bu işlərin axırı necə olacaq?””Görəsən yeni gələn il bizim üçün necə olacaq?”kimi suallar hər gün bizim danışığımız formasıdır.Bu baxımdan bəzi məsələlər bütün insanları maraqlandırır.Qarşıdan gələn ilidə bizi nələr gözləyir sualına cavab olaraq tanınmış ekstrasens Etibar Nəsibli öz şokedici proqnozlarları ilə yenidən gündəmə gəlib.
Araşdırma.info saytının suallarına Etibar Nəsibli maraqlı açılama verib.
Etibar bəy,qarşıdan yeni 2019-cu il gəlir.Bu ildə bizi nə gözləyir?
-Əvvəla xalqımı salamlayıram və ilk olaraq xalqıma yaxşı bir xəbəri demək istəyirəm ki,2019 cu il xalqımız üçün bərəkətli olacaq,bol nemət,yaxşı gəlir və ruzi bərəkətli olacaq.Xüsusilə 1971,1983,1995 və 2007-ci ildə anadan olnlar üçün daha uğurlu olacaq.Ailələrdə sevinc yaşanacaq,Xalqımız maddi çətinliklərdən əziyyət çəkməyəcək.
Etibar bəy, siz həmişə dünyavi proqnozlarla çıxışlar etmisiniz və bu proqnozların əksəriyyəti özünü doğruldub.Bu dəfəki proqnozlarınız nədən ibarətdir?
-Bəli həmişəki kimi, mən müəyyən proseslərin baş verəcəyini öncədən görürəm.Düzdür,bu mənim sağlamlığıma çox ziyan vurur.Stres keçirirəm,Orqanizm zəifləyir.Lakin bundan qaçmaq mümkün deyil.Onu da deyim ki,dünyada hər hansı bir təbii fəlakət və ya terror hadisəsi baş verməmişdən qabaq mən yuxuda,eləcə də səcdə edəndə müəyyən hisslər keçirirəm.Bundan sonra baş verəcək prosesləri başa düşməyə çalışıram.Bu mənə rahatlıq vermir.Hiss edirəm ki,nəsə baş verəcək,amma bunu dilimə gətirmək istəmirəm.Ona görə də, bəzi gördüklərimin üstündən keçməli oluram.Hərdən sıxılıram,dünyadakı baş verən proseslər məni qorxudur.Bir gün, yuxuda dünyanın dağılmaq təhlükəsinin olduğunu gördüm.Çox düşündüm,bir şey anlamadım.Səhəri gün Rusiya Prezidenti Putinin telekanallarda Nüvə təhlükəsi ilə bğlı çıxışını gördüm.Maraqlı açıqlama verirdi.Qeyd edirdi ki,əgər dünya Rusiyaya xətt çəkirsə,Rusiya da dünyaya xətt çəkməyə hazırdı.(Nüvə silahı ilə)Bu məni qorxudurdu.
Gələn il hansı hadisələr görürsünüz ?
-Respublikamızda ciddi şeylərin baş verəcəyini deyə bilmərəm,stabil həyat davam edəcək.Bu il qış soyuq olmayacaq.Dünyada isə təbii fəlakətlərin olacağı barədə gələn dəfə deyərəm.Bir neçə məsələyə aydınlıq gətirməliyəm.Tam dəqiqləşdirmədən ciddi proqnozlar verə bilmirəm.Konkret şəxsə aid olan bir şey varsa onu rahat deyə bilərəm.Mənə müraciət edənlərin həyatında dəyişikliklərin olacağını rahat görürəm.Mən insanlara həmişə kömək edirəm,həmişə də edəcəm.Onları mənfi enerjidən təmizləyib düzgün yola istiqamətləndirirəm.Bu mənim borcumdur.
Etbar bəy,xalqımıza nə arzulayardınız ?
-Mən xalqıma sülh,əminəmanlıq,xoş həyat,sevgi,bol ruzi arzulayardım.Ən əsası isə son zamanlar insanlarda ruh düşkünlüyü hiss edirəm,mənfi enerji ilə çox yüklənib millət.Bu mənfi enerjilərdən azad olmaq,təmizlənmək lazımdır.Təəssüf ki,hələ də pislik etməklə məşğul olan adamlar var.Bir birinə paxıllıq etmək,quyu qazmaq,pis əməllər etmək və s.Mən fürsətdən istifadə edərək belə adamlara burden səslənirəm,əl çəkin pis əməllərdən,paxıllıq etməyin.Bunun digər mənfi tərəfi də var.Həyat bumeranqdır,nə atırsan özünə qayıdır.Yüzlərlə missal çəkə bilərəm ki,yamanlıq etmək istəyib,özünün başına iş gəlib.Arzu edirəm ki,xalqım sovet dövründəki kimi bir biri ilə səmimi,gülərüz,xoş davransın.Hər şey yaxşı olacaq.Yaşamaq gözəldir.
Təşəkkür edirik.
Elza Səlimova

Paylaş
Xəbər lentİ