Ən şanslı bu bürclərdir - Vanqadan proqnoz

Oxunma sayı: 1 498
2-08-2020, 09:13

Ən şanslı bu bürclərdir - Vanqadan proqnoz
Qoç - Eşq planeti və Qoçun cütlər evinin idarəçisi Venera, Avqust boyunca Qoçun günəş xəritəsindəki ehtiyatlı bir bölgədə olacaq. Buna görə Avqust çox da romantik bir dövr sayılmaz. Tam tərsinə, əlaqənizdəki daha ağırlıq təşkil edən dəyərlər məsuliyyət, kooperasiya bacarığı, gündəlik işləri qaydaya salma və birgə çalışa bilmə olacaq. Beləliklə Qoçların cüt həyatı daha praqmatik bir mərhələdən keçəcək. Lakin Qoçların eyni professional sahədə çalışan insanlarla əlaqəyə başlamağı mümkündür və ya onların partnerləri sağlamlıq və ya işlə əlaqəli problemlər yaşaya bilərlər. Ayın sonuna doğru işlər yaxşılaşmağa doğru gedəcək. 2020 Avqust ayı Qoçlar üçün karierləri baxımından əhəmiyyətli bir ay olacağa bənzəyir, çünki Qoçun idarəçisi Mars planeti, zamanının çoxunu Qoçun karier evinin idarəçisi Saturnla birlikdə keçirəcək. Daha sonra Qoçun iş evində olan Yupiter əgər yaxşı siqnallar versə, sizə təmin edici nəticələr gətirə bilər. Və nəhayət 2020 Avqust ayında Yupiterin yaxınlığında olan Kiçik Xeyirxah - Venera fürsətlər, pul və kooperasiya təmin edəcək. Merkuri də Qoçun iş evindədir və orada normaldan daha çox zaman keçirəcək - 7 Oktyabr 2020 - yə qədər, çünki o özünün retroqrad dövründə olacaq (retroqrad 30 Avqust 22 Sentyabr arasında reallaşacaq). Beləcə Merkuri ilə bağlı işlərdə, intellektual səy, ünsiyyət, sənədləşmə işləri, səyahət vs. işlərdə bunun təsirini hiss edəcəksiniz. Sağlamlıq Avqust 2020 boyunca, Qoçun tibbi evləri çox aktiv vəziyyətdəykən, Qoçlar üçün əhəmiyyətli mövzu olacaq. Müayinələr, tibbi müdaxilə və baxım üçün uyğun bir aydır: xüsusilə daha köhnə və gözardı edilən tibbi problemlər üçün. Həzm, əsəb və tənəffüs sistemlərinizi qoruyun, Avqust ayında hər zamankından daha həssas ola bilərlər!

Ən şanslı bu bürclərdir - Vanqadan proqnoz

Buğa - 2020 Avqust ayı eşq və cinsiliyinizi, rəsmi olsun ya da olmasın ənənəvi olandan - ictimai olaraq qəbul edilmiş və sabit vədlə gücləndirilmiş nişanlılıq vəziyyəti - daha çox azad şəkildə ifadə edəcəyiniz bir ay olacaq. Yupiter, Merkuri və Veneranın (Eşq planeti və Buğanın idarəçisi) Buğanın erotizm evində olmasıyla 2020 Avqust ayı, romantikliyinizi azad ifadə edə biləcəyiniz və xəyallarınızı bəzəyən ən çılğın cinsi fantaziyalarınızı hərəkətə gətirə biləcəyiniz bir zaman olacaq. Təcrübə qazanmaq, oynamaq, macəraçı olmaq və təbii ki, aşiq olmaq üçün uyğun zamandır. Bu yol 2020 Avqust boyunca reallaşacaq tranzitləri qiymətləndirmənin ən xoşbəxt yoludur. Ciddi əlaqələrə gəlincə, onları çox ciddi qəbul etməyin. Daha çox tənbəl davranmağa çalışın! 2020 Avqust ayı boyunca Buğalar üçün əylənmək qəti olaraq çalışmaqdan daha cazibədar gələcəkdir. Həyatınızın ən yaxşı tətilindən zövq ala bilərsiniz. Əgər çalışmaq məcburiyyətində isəniz, əmin olun ki, şahanə nəticələrə çatacaqsınız - əgər işinizdən zövq alırsınızsa. Qabiliyyət və yaradıcılığınız zirvədə olacaq, buna görə özünüzdən əmin bir şəkildə onlardan istifadə edə bilərsiniz! 2020 Avqust ayı yalnız incəsənət fəaliyyətləri üçün deyil, həm də təhsil, işinizdə yüksəlmə, cəmiyyətlə, idmanla və əyləncəylə əlaqədar fəaliyyətlər üçün də mükəmməl bir aydır. Buğaların maliyyə vəziyyətləri sanki böyük ölçüdə başqalarına (partnerlərə, ortaqlara, maliyyə təşkilatlarına vs.) bağlıdır və daha çox maraq tələb edir. Bu sahədəki hər hansı bir qərar uzun vədəli nəticələr də nəzərə alınaraq yaxşı düşünülməlidir. Nəzəri olaraq Avqust 2020 - da Buğaların sağlamlıq problemləri görünmür. Bəzi problemlər olsa belə, onların asanlıqla öhdəsindən gələ biləcəksiniz. Lakin psixoloji tarazlığınız ən yaxşı vəziyyətdə olmayacaqdır, çünki yoluxucu optimizminiz qorxu, narahatlıq və qayğılarla kölgələnəcək. Bu sonuncular xüsusilə maliyyə təhlükəsizliyiniz yoxsa ortaya çıxacaqdır.

Ən şanslı bu bürclərdir - Vanqadan proqnoz

Əkizlər - 2020 Avqust ayı Əkizlərin əlaqələriylə əlaqədar bəzi risklər daşıyan kompleks bir aydır. Bu risklərin əlamətləri əməkdaşlığınızda, dostluqda və ya eşqdə görülə bilər. Əkizlərin əlaqələr evində 2019 - dan bu günə qədər yerləşmiş olan Saturn işləri daha çətin, daha ciddi və ya kompleks hala gətirəcək. Saturn nə şən, nə də comərd planetdir. Üstəlik Avqust 2020 - də Kiçik Bədbin deyə bilinən, fəlakət, münaqişə və ayrılıq müjdəçisi Mars da ona qatılacaq. Eyni konfiqurasiya ilə daha əvvəl də, Mart - Aprel - May aylarında qarşılaşmışdınız. İndi bunu yığışdırmaq və nəticə çıxarmaq zamanıdır. Nəticələr çıxarmaq, qərarlar vermək və hərəkətə başlamağın tam zamanıdır. Tələskən və ani qərarlardan mümkün olduğunca uzaq dayanmalısınız! Bunlar bir tərəfə, Venera üzündən Əkizlərin istilik və qarşılıqlı təsiri ailə və evlərinə doğru yönələcək. Avqust 2020 boyunca Əkizlərin əsas problemləri kooperasiyalar, ortaqlıqlar və müqavilələr olacaq. Bu udulması və göz ardı edilməsi çətin olan hadisələrlə və vəziyyətlərlə zəngin, çətin bir sahədir. Siz başqalarının qəzəbinə və ya pis niyyətinə uğraya bilər, ya da özünüz şübhəçi, kobud və ya sərt ola bilərsiniz. Sizə xeyli narahatlıq yaradan bir əlaqəni bitirməniz də mümkündür. Lakin 2020 Avqust ayı boyunca Əkizlərin intellektual və ünsiyyət, səyahət və ya məharət tələb edən fəaliyyətləri prioritet qazanacaq. Daşınmaz əmlaklar, ev, ofis vs. diqqət tələb edir və təminat qaynağınız ola bilərlər. Ailəniz sizi dəstəkləyəcək və ya işinizdə sizə kömək edəcək. Avqust 2020 boyunca sanki işləriniz pul baxımından pis deyil və siz uzun vədəli sərmayələrdə müvəffəqiyyətli ola bilərsiniz. Mars və Saturnun Əkizlər bürcündəki Günəşlə qurduğu tərs bucaqlar Avqust 2020 boyunca, sağlamlıq da daxil olmaqla pis təsirlər ortaya çıxara bilər. Daha da pisi ola bilər, çünki Mars Əkizlərin xəstəliklər evinin idarəçisidir. Potensial şiddət və ya münaqişə ehtiva edən vəziyyətlərdən ümumiyyətlə çəkinməli, stressdən uzaq dayanmalı və özünüzə çox yaxşı baxmalısınız - xüsusilə də əgər hər hansı bir dərdiniz varsa.

Ən şanslı bu bürclərdir - Vanqadan proqnoz

Xərçəng - 2020 Avqust ayı Yengəclər üçün əlaqələr mövzusunda çox da yaxşı bir ay deyil. Yengəcin cütlər evinin idarəçisi Saturn uyğun mövqedə deyil (bu yeni bir xəbər deyil 2019 - dan bəri belədir) və əlaqənizdə məsuliyyətləri, səyləri və bəlkə də məhdudlaşdırıcı və ya boyun əyməniz lazım olan vəziyyətləri vurğulayacaq. Artıq hadisələr sizin üçün daha açıqlığa qovuşacaq, çünki Mars ortalıqdadır və düşüncəsizcə hərəkət etməyə və qarşıdurmaya meylli hədiyyələriylə məşhurdur. Sevgi və cütlərin ənənəvi planeti Venera da güclü mövqedə olmayacaqdır. Lakin o sizə səyahət, ünsiyyət və ya ortaq intellektual məqsədlər istiqamətində kiçik romantik faydalar təmin edə bilər. Dürüst olmaq lazımdırsa, Avqust 2020 boyunca tələsməyin və özünə inamınız coşub - daşmasın! İş mənasında bu ay Yengəclər üçün asan ya da xoşbəxt bir ay deyil. Yengəcin iş evində reallaşacaq Mars - Saturn qovuşması çətin iş, daha çox məsuliyyət, çətin vəziyyətlər və gərgin iş mühiti nəzərdə tutur. Sərt iş proqramı, hərəkət azadlığınızın məhdudlaşdırılması, xoşagəlməz vəzifələr və ya çətin şərtlərdə çalışmaq lazım gələ bilər. Lakin pul qazandığınızı, irəliləyiş fürsətinizin olduğunu, işlərinizin mükafatlandırıldığını düşünərək rahatlaya bilərsiniz. İntellektual fəaliyyətlər, ünsiyyət, məlumat və səyahət kimi sahələrə bu ay əhəmiyyət verildiyinin fərqinə vara bilərsiniz. Avqust 2020 - dəkı Tam Ay Yengəclərin mali vəziyyətində gözlənilməyən bir şeyi hərəkətə gətirə bilər. Həddindən artıq diqqətli olun! Yengəcin xəstəliklər evində reallaşacaq Mars - Saturn qovuşması altında 2020 Avqust ayı Yengəclərin sağlamlığı üçün kritik ay ola bilər. Eyni zamanda bu ay həyat tərziniz, fiziki görünüşünüz, vücudunuza qulluq və diyet kimi fəaliyyətlər üçün qəti tədbirlər alacağınız bir ay da ola bilər. Lakin hər şey əvvəldən ən incə detalına qədər nəzərdən keçirilməlidir. Güclü tərəfiniz yaxşı ruh halınız olacaq.

Ən şanslı bu bürclərdir - Vanqadan proqnoz

Şir - Aslanın cütlər evinin idarəçisi Saturn 2019 - dan bu yana, Aslanın eşq və cinsilik evindədir. İndi 2020 Avqust ayında Saturnun yanında həm də ehtiras planeti Mars olacaq. Saturn - Mars kombinasiyası fövqəladə cinsi təcrübələrə və ya ehtiraslı eşq oyunlarına gətirib çıxaracaq, qovurucu bir erotizm ortaya çıxaracaq. Lakin, Mars və Saturn çətin və kobud planetlərdir. Buna görə sizi alovlu, lakin romantik baxımdan əskik bir ay gözləyir. Və ya daha da pisi, əgər şiddətli təcrübə aclığınızın mühakimənizi bulandırmasına icazə versəniz, çətin vəziyyətdə də qala bilərsiniz. Beləliklə diqqətli olmanız lazımdır, xüsusilə Aslanın əlaqə evində 2 Avqust 2020 - də reallaşacaq olan Bütöv Aydan sonra. Bir şey daha var : Veneranın mövqeyi əlaqələriniz və və pulunuz arasında bağ olduğunu və həddindən artıq pul xərcləməyə meylli olduğunuzu göstərəcək. Günəşin tam da Aslanda olmasıyla 2020 Avqust ayında müvəffəqiyyətli olma, parlama və prestijinizi artırma şansınız olacaq. Aslanın karier evinin idarəçisi Veneranın Aslanın pul evində olduğunu nəzərə alaraq, cəmiyyətdə mövqe qazanmaq və təqdir toplamaq arzunuzla bərabər, professional hədəflərin arxasında maliyyə motivasiyası olduğunu və tam tərsinə müvəffəqiyyətin maddi qazancları da zəmanət altına aldığını təxmin etmək çox asandır. Avqust həm də Aslanın pul evinin idarəçisi Merkurinin də eyni evdə olması və orada adi vaxtlardakından daha çox qalmasıyla (30 İyul - 7 Oktyabr 2020 arasında) və orada 30 Avqust və 22 Sentyabr periodunda retrograd etməsiylə də mali olaraq əhəmiyyətlidir. Bu ay köhnə dəftərlərə nəzarət etmək, analiz etmək və araşdırmaq üçün mükəmməl zamandır, lakin əhəmiyyətli qərarlarınızı 22 Sentyabrdan sonraya qoymalısınız. Avqust 2020 - nin ilk iyirmi günü boyunca Günəşin Aslanda olması sizə əlavə canlılıq və özünə inam qazandıracaq, Günəşin Mars və Saturnla quracağı uyğun bucaqlarsa sizə qibtə ediləcək bir dözüm təmin edəcək. Lakin iki xəbərdarlığa diqqət yetirməlisiniz. İlk olaraq ümumi mənada ekstrem idmanlardan və ifratdan uzaq dayanmalısınız. İkincisi isə, əgər qadınsınızsa və hamilə isəniz diqqətli olmalısınız, çünki ağırlaşma riski mövcuddur.

Ən şanslı bu bürclərdir - Vanqadan proqnoz

Qız - Qızlar üçün 2020 Avqust ayı xoşbəxt bir aydır. Qızın cütlər evinin idarəçisi Yupiter Qız bürcündə olacaq və 5 Avqustdan etibarən eşq və uyğunlaşma planeti - Venera da ona qatılacaq. Daha da gözəli, bu cütlük bütün ay boyunca Qızın idarəçisi Merkuri ilə birlikdə olacaq. Bu konfiqurasiya sizin əlaqənizin diqqətinizin mərkəzində olduğunu və yaxşı istiqamətdə əhəmiyyətli hadisələrin reallaşa biləcəyini göstərir. 2020 Avqust ayında yeni eşq başlaya bilər, ya da hisslərinizin təsdiqlənməsi, barışma, nişanlanma vs. kimi hadisələr həyatınıza rəng qata bilər. Əgər siz onsuz da bir əlaqə içindəysəniz, birlikdə həyat xoşbəxt, uzlaşma, rahatlıqla dolu və xeyir dua verilmiş kimi olacaq. Ailə və evinizlə bağlı kiçik problemlər ola bilər. Sizin şanslı ulduzlarınız (sizin bürcdə bir neçəsi var) professional həyatınızı da yaxşı istiqamətdə dəyişdirəcək. Həm Qızı, həm də Qızın karier evini idarə edən Merkuri, Qız bürcündə güclü mövqedə olacaq və hər iki Xeyirxah planetə: Veneraya (kiçik xeyirxah) və Yupiterə (böyük xeyirxah) yoldaşlıq edəcək. Bu kombinasiya şans gətirir və böyük qazanc potensialı daşımaqdadır. O sizə böyük planlar qurmaqda, yeni ortaqlar tapmaqda, qabiliyyət və zəkanızı sərgiləməkdə kömək olacaq. Şans sizin maliyyə vəziyyətinizə də sehrli çubuqla toxunacaq, pul asanca gələcək və müxtəlif iltifatlardan və qabiliyyətlərinizdən zövq alacaqsınız. Qızlar üçün Avqust 2020 boyunca problemli sahələr evlə və daşınmaz əmlakla əlaqədar olacaq. Qızlar sağlamlıqlarından narahat olmayacaq qədər həyatın zövqlərini dadmağa yönəlmişlər. Avqust 2020 boyunca özünüzü yaxşı, güclü, çılğın bir optimizmlə dolu və öz işinizdən əmin hiss edəcəksiniz. Lakin ifratın və diqqətsizliyin qurbanı olmamağa çalışın, çünki dövr tamamilə risksiz deyil! Qızın xəstəliklər evinin idarəçisi ilə qovuşan Mars, gözlənilməyən qəzalar, zədələnmələr və ya kəskin infeksion xəstəliklər gətirə bilər.


Ən şanslı bu bürclərdir - Vanqadan proqnoz
Tərəzi - Tərəzilər Avqust 2020 boyunca əlaqələrində harmoniyanı təmin etməkdə çətinlik çəkəcəklər. Tərəzinin cütlər evinin idarəçisi Mars qəmgin, sərt və praqmatik planet olan Saturnla qovuşacaq. Beləcə romantizmə əlvida deyə bilərsiniz! Hadisələrə yaxşı tərəfindən baxmaq istəyirsinizsə, partnerinizə zaman ayırmağa çalışın, birlikdə bir şeyə nail olmaq üçün güclərinizi birləşdirin - ən yaxşı məqsəd eviniz üçün bir iş görməyə çalışmaqdır. Ciddi mövzularda sakit və ciddi müzakirələr və ya uzun vədəli ortaq strategiyalar dəstəkləniləcəkdir. Eşq planeti Venera da Tərəzilər üçün pis mövqedədir və sizə çox da kömək edə bilməyəcək. Lakin ümidsizliyə düşməyin: 30 Avqust 2020 - də Venera Tərəzi bürcünə girəcək və sonrakı ay daha xoşbəxt olacaqsınız. 2020 Avqust ayı iş mənasında Tərəzilər üçün rahat bir ay deyildir. Hədəflərinizə fokuslanma, anlama əskikliyi yaşayacaqsınız, bəlkə də hədəfləriniz də kafi dərəcədə bulanıq olacaq. Siz hadisələri istədiyiniz kimi dəyişdirməyə, lazımlı dəyişiklik etməyə və ya arzuladığınız şeylər üçün döyüşməyə arzunuz və gücünüz olmadan tənbəl kimi görünürsünüz və olduğunuz xəttdə hərəkət edirsiniz. Narahat olmayın! Sizin də vaxtınız gələcəkdir. Sonrakı aydan etibarən, Tərəzilər addım - addım yeni, çox aktiv, motivasiya ilə dolu və gözəl bir dövrə girəcəklər. O zamana qədər vəziyyətinizi araşdırın, keçən il etdiklərinizi yığışdırın və nəticələr çıxarın! Diqqətli olmalı və iş pula gəlincə özünüzə sərhədlər qoymlısınız, çünki Avqust 2020 çox da əliaçıq bir zaman deyil. Ən yaxşı formanızda deyilsiniz və təəssüf ki, ruhi vəziyyətiniz də eyni şəkildədir. 2020 Avqust boyunca immun sisteminiz və dayanıqlılığınız da çox zəif olacaq. Tərəzinin sağlamlıq evləri oxunda planetlər arası bucaqlar yaxşı hərəkətdə deyil və daha da pisi Merkuri bu evlərdən birində retrograda hazırdır. Özünüzə çox yaxşı baxın, istirahət edin və bədəninizə qulaq asın! Əgər nələrinsə səhv olduğunu düşünürsünüzsə, həkim görüşünü təxirə salmayın.

Ən şanslı bu bürclərdir - Vanqadan proqnoz

Əqrəb - 2020 Avqust ayı eşq üçün mükəmməl bir aydır. Əqrəbin cütlər evinin idarəçisi və geniş mənada eşq planeti Venera, şanslı evdə Böyük Xeyirxah Yupiterlə və səyahət, ünsiyyət planeti Merkuri ilə görüşəcək. Eşqdə şans uzaqlardan gələ bilər və ya siz eşq üçün səyahətə çıxa bilərsiniz. Əqrəblərin əlaqələri intellektual və mədəni cazibə və eyni zamanda kollektiv fəaliyyətlər, ictimai gəzintilər vasitəsiylə dəstəkləniləcək. Dostlarınız sizi biriylə tanış edə bilər, biriylə yenidən görüşməyinizi təmin edə bilər və ya sizə eşq haqqında tövsiyə verə bilər. Əgər onsuz da bir əlaqəniz varsa, Avqust 2020 boyunca sevdiyiniz adamla istədiyiniz kimi əyləncədən zövq ala bilərsiniz. Əqrəbin karier evində Günəşin olmasıyla Avqust 2020 - də ehtiraslarınız maksimuma çatacaq, lakin eyni zamanda onlara çatmanız da mümkün görünür. Siz özünə inamlı və avtoritar olacaq, özünüzü ortaya qoyacaq və ictimai imicinizi gücləndirəcəksiniz. Venera, Yupiter və Merkuri də komanda işlərində əhəmiyyətli irəliləyişlər, dəstəkçilərin köməyi və güclü şəxslərin müdafiəsini təmin edəcək. Siz müvəffəqiyyətlisiniz və məşhurluqdan zövq alırsınız, lakin bəzi maliyyə çətinlikləri ilə üzləşə bilərsiniz. Əqrəbin pul evindəki Mars - Saturn qovuşması daha çox öhdəçilik, ödəmədə gecikmələr və ya başqa qarışıq hadisələr və ya narahat vəziyyətlər ortaya çıxara bilər. Bəzi Əqrəblər üçün bu maddi işlərdə yalnız qərarlı, çətin və sərt davranış mənasına gəlməkdədir. Avqust 2020 boyunca ruh halınız balanssız olacaq və böyük optimizmlə, hər şeyi tünd tonlarda görəcəyiniz və hər kəsə şübhə və qorxuyla baxacağınız faciəvi pessimistlik arasında qərarsız qalacaqsınız. Əqrəbin idarəçisi Marsın Saturnla etdiyi qovuşma fiziki yorğunluq və ya zəiflik vəziyyətinə və sağlamlığınızla bağlı daha çox əvvəllərdən qalan, əhəmiyyət verilməmiş narahat edici kədərli vəziyyətlərə işarə edəcəkdir.

Ən şanslı bu bürclərdir - Vanqadan proqnoz

Oxatan - Avqust 2020 boyunca əlaqələriniz böyüdücü altında olacaq! Oxatanın cütlər evinin idarəçisi Merkuri, səmanın tam ortasında, günəş xəritənizin ən çox görünən qismində, eşq planeti Venerayla birlikdə şəfəq saçacaq. Eşq həyatınız və partnerinizin narahatlıqları cəmiyyət həyatı, karier, yüksək hədəflər, ictimai status, kübar cəmiyyət və ya əhəmiyyətli kəslərlə möhkəm bağlı olacaq. Merkurinin Venera və Böyük Xeyirxah Yupiterin yanında olması Oxatanlara xoşbəxtlik və romantik təminat gətirəcək yaxşı şans olaraq qiymətləndirilə bilər. Hər şey mükəmməl ola bilər, lakin tək bir şərtlə: gerçəkdə mümkün görünəndən daha çoxuna nail ola biləcəksiniz kimi, şişirdilmiş xəyalların dalınca qaçmayın. Hər iki xeyirxahın - Venera və Yupiter - Oxatanın karier evində olmasıyla, Avqust 2020 müvəffəqiyyət və zəfər vəd edir. Şans sizdən yanadır, buna görə də fürsətlər və uyğun şərtlərdən zövq alacaqsınız. Sizə gözəl sözlər deyiləcək, mükafat, müsbət tanınma, müdirlərinizin köməyi təklif ediləcək, hətta bəlkə də rütbəniz yüksəldiləcək. Oxatanın karier evində öz retrograd dövrü (aktiv retrograd 30 Avqust - 22 Sentyabr arası) üzündən hər vaxtkından daha çox vaxt keçirəcək olan (30 İyul - 7 Oktyabr 2020) Merkuri də olacaq. Karier evinizdə Merkurinin olması (Merkuri Oxatanın əlaqələr evinin idarəçisidir) professional əlaqələri və merkuri ilə bağlı sahələri - zəka, məlumat, ünsiyyət və sürət - vurğulayacaq. Bütün bunlar, ciddi, tənqidi və şüurlu yanaşma tələb edir. Mars və Saturn artıq Oxatandadır. Ənənəvi astrologiyada Mars və Saturn bədbin planetlərdən sayılır, buna görə də sizin pis şərtlərdən əvvəlcədən xəbər almanızı təmin edir. Saturn bədən müqavimətinizi zəiflədəcək, Mars sizi qəzalara, yaralanmalara və müxtəlif zədələrə meylli hala gətirəcək. Diqqətli olun, riskli vəziyyətlərdən qaçının və özünüzə sərhədlər qoyun! Mars - Saturn qovuşması sizin yaxşı ruh halınıza, özündən əminliyinizə və optimizminizə də təsir edə bilər.
Ən şanslı bu bürclərdir - Vanqadan proqnoz


Oğlaq - 5 Avqust 2020 - də eşq planeti və Oğlağın erotizm evinin idarəçisi, sizin ulduz xəritənizdəki 9 - cu evə daxil olacaq. Əlaqələrdə daha geniş bir dünyagörüşü əldə etməniz və eyni zamanda daha dərin mənalar axtarmaq lazımdır. Sizin uzaq məsafəli və ya xaricdən biriylə gizli əlaqəniz ola bilər, romantik səyahət edə bilər və ya yarı yolda sevdiyinizlə qarşılaşa bilərsiniz. Lakin siz eyni zamanda sevgilinizlə ruhi və ya mədəni təşəbbüslər ala bilər və ya intellektual yaxınlıq üzündən yeni bir əlaqəyə başlaya bilərsiniz. Avqust 2020 boyunca Oğlaqların eşq həyatı maddi dəyərlərdən müstəqil düşünülməyəcək və bu da münaqişə yarada bilər və ya əlaqənizdə narahatlıq ortaya çıxara bilər, çünki Oğlağın cütlər evinin idarəçisi Ayın önünü, Oğlağın pul evində olan Günəş kəsəcəkdir. 2 Avqust 2020 - də Oğlağın pul evində reallaşacaq olan Bütov Ay mali mənada əhəmiyyətli bir ayın xəbərçisidir. Doğum xəritənizə bağlı olaraq o yaxşı və ya pis, gözlənilməz hadisələr gətirə bilər, lakin eyni zamanda fərqindəlik, açıqlıq və ya nəticələr də gətirə bilər. Hər baxımdan siz bir kənara təcili vəziyyətlər üçün pul ayrımalı və mali qərarlarınız haqqında yaxşı düşünməlisiniz. Professional olaraq Oğlaqların müvəffəqiyyətləri xarici ölkələr, turizm, İnternet qədər, yüksək təhsil, mədəni, dini və ya hüquqi mühitdən olan işlər vasitəsiylə ortaya çıxacaq. Çalışmaq, iş görmək və ya karier üçün səyahətə çıxa bilərsiniz. Diqqətli və ehtiyatlı olun, çünki bəzi insanlar gizlicə, lakin təsirli bir şəkildə ayağınızı sürüşdürməyə çalışır! Avqust 2020 boyunca siz sağlamlığınıza hər vaxtkından daha çox diqqət yetirməlisiniz. Oğlağın idarəçisi Saturn tibbi baxımdan əhəmiyyətli evlərdən birindədir və Mars da eyni evə daxil olacaqdır. Bu kombinasiya təhlükəli ola bilər, xroniki xəstəliyi kəskinləşdirə bilər, qəzalar və ya ən pis vəziyyətdə hərəkət azadlığınızı məhdudlaşdıra bilən başqa vəziyyətlər ortaya çıxara bilər.

Ən şanslı bu bürclərdir - Vanqadan proqnoz

Dolça - Günəşin Dolçanın cütlər evində olmasıyla Avqust 2020 - də hansı dəyərlərin prioritet daşıyacağı açıqdır. Bəli, eşq həyatı bir nömrəli prioritetiniz olacaq və sevgiliniz də bu ay yaşama səbəbiniz olacaq. Cütlər evinizdəki Günəş sizə romantik açıqlıq qazandıracaq, fəth etmə ehtiyacınızı, paylaşma və mümkün olduğu qədər birlikdə vaxt keçirmə motivinizi hərəkətə gətirəcək. Avqust 2020 - də Dolça - Aslan oxunda ortaya çıxacaq olan Bütöv Ay 'mən - sən' uyğunlaşmasını kəskin şəkildə vurğulayacaq, lakin eyni zamanda Dolçaların əlaqələrindəki bəzi zəif nöqtələri də önə çıxara bilər. Dolçanın cütlər evinin idarəçisi Veneranın mövqeyi sizi araşdırmağa və əks etdirməyə dəvət edəcək. Dolçanın karier evinin idarəçisi Mars keçən ay müəyyən mexanizmləri hərəkətə gətirdiyi karier evinizi 2 Avqust 2020 - də tərk edəcək. Lakin Mars yavaşlamayacaq, çünki o Dolçanın 11 - ci evinə keçəcək və sizin ənənəvi idarəçiniz Saturnla görüşəcək. Mars və Saturn qovuşması sizi motivasiya edəcək və müəyyən müvəffəqiyyətlərə imza atmanızı təmin edəcək. Beləcə Avqust 2020 boyunca professional hədəflərinizə çatmaq üçün lazım olan bütün qaynaqlar: dəstək, qoruma, uyğun vəziyyətlər və şans - sizin tərəfinizdə olacaq. Qrup fəaliyyətləri, ortaqlıqlar və komanda işində xüsusilə müvəffəqiyyətdən zövq alacaqsınız. Avqust 2020 mali olaraq dinamik, lakin riskli olacaq. Dolçaların pul evlərindən birində Merkurinin yaxın retrograd etməyi gözlənilir. Buna görə də əhəmiyyətli qərarları Oktyabr ayına təxirə salmanız tövsiyə edilməkdədir. Avqust 2020 boyunca Dolçalar enerji və dinamizmlə dolu olacaq. Lakin eyni zamanda özünüzü yoracaq, tələsik qərarlar verəcək, üfüqü görə bilməyəcək və ifrata yönələcəksiniz. Güclərinizi bölərək və özünüzü yüksək stressə məruz buraxaraq, hədsiz şəkildə məşğul ola bilərsiniz. Siz eyni zamanda sağlamlığınıza ayıracaq vaxt olmadığını düşünməyə meylli olacaqsınız ki, bu da böyük səhvdir.


Ən şanslı bu bürclərdir - Vanqadan proqnoz
Balıqlar - Eşq, xoşbəxtlik, ortaq müvəffəqiyyətlər. Balığın əlaqələr evində iki Xeyirxah, Yupiter və Venera göz qırpdığı zaman Avqust 2020 - nin görünüşü budur. Böyük romantik ehtiyaclarınız ola bilər, lakin ehtiyacınıza uyğun təkliflər də alabiləcəksiniz. Sanki kainat sizin üçün çalışırmışcasına, nəticədə şanslı vəziyyətlərlə qarşılaşacaqsınız. Lakin bu dövrün eyni zamanda sizin və yoldaşınız üçün daha dərin mənası da olacaq və ortaq yolda ikinizin də istiqamətinizi tapmanıza səbəb olacaq. Bu birlikdə xüsusi işlər görmək və daha da yaxınlaşmaq mənasına gəlməkdədir. Bəzi vəziyyətlərdə nadir də olsa fərqliliklər, uyğunlaşmazlıqlar da ortaya çıxa bilər. 2020 Avqust və Sentyabr Balıqlar üçün əlaqələr baxımından xüsusilə əhəmiyyətli aylardır, buna görə şüurlu və məsuliyyətlə yaşanmalıdır. Bu dövrdə Balığın eşq həyatı üçün ünsiyyət əhəmiyyətlidir. Mars və Saturnun Balığın karier evində olmasıyla, 2020 Avqust ayında karierinizlə əlaqədar mərhəmətsiz qərarlar verməli, ciddi addımlar atmalı, təmizlənmək və ya mövqe qazanmaq üçün döyüşməlisiniz. Zaman tez və müdrikcəsinə, qəti hərəkət etmə zamanıdır, uzun müddətdən bəri düşündüyünüz yeni şeyləri hərəkətə gətirmə zamanıdır. 2020 Avqust ayının ilk iyirmi günündə siz həmişə Balığın iş evində olan və eyni evin idarəçisi Günəşdən kömək alacaqsınız. Müvəffəqiyyətiniz kooperasiya, digərləriylə ortaq iş görmənizə, müştərilərinizə və müxtəlif ictimai qarlılıqlı təsirlərə bağlıdır. Bu cəbhədə çox müvəffəqiyyətlisiniz, lakin Sentyabrda ortaya çıxa biləcək kömək mövzusunda bəzi şeyləri araşdırmaq və dərindən düşünmək lazım gələ bilər. Mali vəziyyətiniz strategiyalarınızı nə qədər yaxşı tətbiq etdiyinizə və professional qərarlarınıza bağlıdır. 2020 Avqust tibbi proseduralar üçün uyğun bir aydır. Həkim və terapistlərlə yaxşı əlaqə içində olacaq, mütəxəssis fikirlərindən, faydalı müayinədən vs. faydalanacaqsınız. Eyni zamanda Balıqlar sağlam həyat tərzi, gigiyena və bədən baxımıyla da maraqlana bilərlər. Bu ay nəzarət etməniz lazım gələn ifrata meyliniz və tarazlıq itkiniz olacaq.Azerforum

Paylaş
Xəbər lentİ