Ronaldo dünyanın ən bahalı avtomobilini aldı - Foto

Oxunma sayı: 1 422
2-08-2020, 13:39

Ronaldo dünyanın ən bahalı avtomobilini aldı - Foto
Məşhur futbolçu Kristiano Ronaldo dünyanın ən bahalı avtomobilinə sahib olub.

Arasdıma.info xəbər verir ki, o, yeni maşınına 9,5 milyon avro ödəyib.

Futbolu qədər aldığı maşınlarla da gündəmə gələn Ronaldo bu dəfə kolleksiyasına idman avtomobili ("Buqatti") daxil edib.

35 yaşlı futbolçu maşınına adının baş hərflərini - “CR” abreviaturasını yazdırıb.

Dünyanın ən bahalı avtomobilinə sahib olan futbolçunun qarajındakı maşınların ümumi dəyəri 30 milyon avrodur.

Qeyd edək ki, onun yeni maşınından dünyada sadəcə 10 ədəd var. Eyni zamanda dünyanın ən sürətli maşını hesab edilir. Ronaldo bundan əvvəlki maşınına 2 milyon avro ödəmişdi.//AXAR

Paylaş
Xəbər lentİ