Nəhəng siçovul qızıl medal aldı.Minaları təmizlədiyinə görə.

Oxunma sayı: 659
26-09-2020, 05:38

Nəhəng siçovul qızıl medal aldı.Minaları təmizlədiyinə görə.
PDSA Baytarlıq Xeyriyyə Təşkilatı, Kamboçadakı mina sahələrini təmizləyən nəhəng Afrika siçanı Magawa'ya igidliyə görə qızıl medal təqdim etdi. Bu barədə qurumun saytında bildirilir.
Arasdırma.info xarici mətbuata istinadən xəbər verir ki,beş il ərzində fəaliyyət göstərən Magawa, 39 mina və 28 partlamamış hərbi sursat tapıb və ümumilikdə 141 min kvadrat metr ərazinin zərərsizləşdirilməsinə kömək edib.

Bu siçovul Tanzaniyanın APOPO-da anadan olub, gəmiriciləri partlayıcı qurğu axtarmağa öyrədilib. Orada bu kimi siçovulların hissiyyatının çox güclü olduğuna görə partlayıcı maddələrdə istifadə olunan kimyəvi birləşmələrin qoxusunu almağa öyrədilirlər.
Magawa yalnız otuz dəqiqə ərzində bir tennis kortu ölçüsündə bir sahəni darar. Müqayisədə metal detektoru olan bir adam bunu etmək üçün dörd gün çəkəcəkdir.

1970-80-ci illərdəki vətəndaş müharibəsindən bəri Kamboca boyunca altı milyona qədər mina hələ də basdırılmışdır. Ölkənin təxminən 140 min sakini əyaşayış yerini dəyişib. Təkcə 2019-cu ildə 77 nəfər minalar tərəfindən partladılıb..

Paylaş
Xəbər lentİ