Şeytan tərəfindən ruhları ələ keçirilmiş insanlar (FOTOLAR)

Oxunma sayı: 471
22-01-2021, 23:04

Şeytan tərəfindən ruhları ələ keçirilmiş insanlar (FOTOLAR)
Şeytan tərəfindən ələ keçirilmək, şeytan çıxarma ayinləri, bağıran və ya boğuq səslə danışan insanların sadəcə filmlərdə olduğunu düşünürsünüz? Elə isə yanılırsız.

Arasdırma.info xarici mətbuata istinadən ruhu şeytan tərəfindən ələ keçirilmiş insanlar haqqında məlumatı sizlərə təqdim edir:

Annelieze Mişel

Geniş müzakirələrə yol açan Annelieze Mişel hadisəsi 2005-ci ildə "The Exorcism of Emily Rose" filminin mövzusu olub. Epilepsiya və əqli xəstəlik keçmişi olan 16 yaşlı Annelieze 1973-cü ildə intihara meyilli hərəkətlər sərgiləməyə başlayır. Dini simvollara sərt reaksiya verən gənc qız öz idrarını içir və bəzi səslər eşitməyə başlayır.

Qəbul etdiyi dərmanların da heç bir faydası olmadığından gənc qız şeytan tərəfindən ələ keçirildiyini düşünməyə başlayır və ailəsinə bir rahib gətirmələri üçün yalvarmağa başlayır. Ailəsi əvvəlcə onun istəyini rədd edir, daha sonra iki yerli rahib gənc qızı giz-gizli şeytan çıxarma ayinləri ilə müalicə etməyə çalışırlar. Bir il içində 70 ritual gerçəkləşdirilir. Şəhidlərlə danışdığını iddia edən Annelieze bir müddət sonra yeməkdən imtina edir və ölür.
Anneliezenin ölüm səbəbi kimi zəiflik və ac qalmaq göstərilir. Onun ölümündə rahiblər və qızın ailəsi günahkar bilinir.

"Roland Doe" - Robbi Manheim

"The Exorcist" filminin arxasındakı gerçək hekayə 14 yaşlı Roland Doenin şeytan tərəfindən ələ keçirilməsidir. Əlində bu, 14 yaşlı uşağın öz adı deyil. Ona bu adı Katolik kilsəsi verib. 1940-cı illərdə Doe xalasının ölümündən sonra onunla əlaqə yaratmaq üçün ruh çağırma taxtasından istifadə edir. İddialara görə bu taxta şeytanlarla insanlar arasındakı qapını açıb.

Onun ələ keçirilməsi heç kəsin anlamadığı su damlasına bənzər səslər eşitməsi ilə başlayır. Dini simvollar onda qıcıq yaradır, divara dırmaşır, qəribə addımlarla yeriməyə, evin hər yerindən qulaq cırmaqlanmasına bənzər səslər eşitməyə başlayır. Daha sonra uşağın bədənində göyərmələr müşahidə edilir. Bu izlərdən bəziləri yazı şəklində idi. Doe boğuq səslə müxtəlif dillərdə danışır, havaya qalxır və bədəni bükülürdü. 30-dan çox şeytan çıxarma ayini gerçəkləşdirilir. Bu rituallar zamanı o, dəfələrlə rahibi yaralayır, amma sonda qışqırıqlar və kükürd qoxusu ilə ayin müvəffəqiyyətlə başa çatdırılır.

Klara Germana Kele

1906-cı ildə ruhu ələ keçirildiyi deyilən afrikalı qadın Kelenin başına bu hadisə 16 yaşında olarkən gəlir. Şeytanla müqavi bağladığı deyilən gənc qız bir müddət sonra qeyri-adi hərəkətlər göstərir. Ətrafındakı insanların keçmişi ilə bağlı heç kimin bilmədiklərini deyən Kele qədim dillərdə danışmağa başlayır. Sonda ayinlə şeytanı onun bədənindən qovmağa çalışırlar. Deyilənlərə görə ritual zamanı o, yerdən 1 metrə qədər yüksəyə qalxır. 2 gün davam edən ayindən sonra şeytan onun bədənindən çıxarılır.

Anna Ekland

Anna Ekland hadisəsi ABŞ-ın ən məşhur şeytançıxarma olayı hesab edilir. Atası və bibisinin cadugərliklə məşğul olması və bəzi şeyləri onun üzərində sınaqdan keçirmələri hələ 14 yaşı olan Annada qeyri-adi hərəkətlərin müşahidə olunmasına səbəb olur. O, şeytançıxarma ayinindən sonra sağalır, lakin atası ilə bibisi hec cür ağıllanmırlar. Daha sonra qızın ruhu yenidən ələ keçirilir. Deyilənlərə görə, onun ruhunu ələ keçirən şeytanlar Annalieze Mişeli ələ keçirənlərlə eyni qəbilədən olub. 1928-ci ildə yenidən bir ayin gerçəkləşdirilir, lakin bu dəfə onun vəziyyəti əvvəlkindən daha betər olur. Yerdən yüksəyə qalxa, divarda gəzə, müxtəlif dillərdə danışa bilirdi. 23 gün davam edən ayindən sonra onun ruhu özünə qaytarılır və Anna sağalır.

Arne Ceyenne Conson

O, ABŞ-da "Qatil İblis Cinayəti" adlandırılan cinayət hadisəsini törədən şəxs olub. Müdafiəsində cinayətlərini içinə şeytan girdiyi üçün etdiyi qeyd olunan ilk canidir. Conson 1981-ci ildə ev sahibini öldürdüyü üçün saxlanılır. Ailəsi məhkəmədə uşaqlıqdan onun pis ruhların təsiri altında olduğunu desələr də hakim bunun həbs müddətini azaltmaq üçün tutarlı səbəb olmadığını bildirir. Beləliklə Conson birinci dərəcəli cinayətdə ittiham olunaraq həbsxanaya göndərilir.


Devid Berkovitz

1976-cı ildə Nyu-Yorkda bir seriyalı qatil hamını qorxuya salmışdı. Qatili "Semin oğlu" adlandırırdılar. Polis hadisə yerində tez-tez onları ələ salan yazılar tapırdı. Sonda qatil ələ keçir. Bu, Berkovitz idi. O, məhkəmədə cinayətləri şeytanın əmri ilə törətdiyini bildirir. Lakin danışdığı hekayədə anlaşılmayan bir nöqtə var idi. Berkovitz iddia edirdi ki, qonşusunun itinin ruhu şeytan tərəfindən ələ keçirilib və ona bu əmrləri verən də itdir. Buna baxmayaraq danışdığı hekayə onu üst-üstə 6 il ömürlük həbs cəzasından xilas etmir.

Corc Lukins

1778-ci ildə dərziliklə məşğul olan Lukins bilinməyən bir dildə danışmağa və müxtəlif səslərlə mahnı oxumağa başlayır. Qonşuları və dostları kilsəyə müraciət edərək ona kömək edilməsini xahiş edirlər. Lukins əvvəlcə xəstəxanaya aparılır və 20 ay orada qalır. Lakin sağalmadığı üçün ruhunun şeytan tərəfindən ələ keçirildiyinə inanılır. Rahiblər onun bədənində 7 şeytan tapdıqlarını söyləyir və 7 rahib tərəfindən ritualın gerçəkləşdirilməsinə başlanılır. Ayindən sonra Lukins tam şəkildə sağalır və ona "Müqəddəs Lukins" deməyə başlayırlar.

Maykl Teylor

Teylor və həyat yoldaşı İngiltərədə yaşayırdılar. Dindar bir cütlük olsalar da, 1974-cü ildə arvadı Teylorun başqa biri ilə münasibətdə olduğunu iddia etdikdən sonra o, fərqli davranışlar sərgiləməyə başlayır. Aylarla davam edən bu davranışları ilə Teylor ətrafındakıları qorxudur və şeytan çıxarma ayini gerçəkləşdirilir. 24 saat davam edən ritualdan sonra rahiblər onun bədənindən 40 pis ruh çıxartdıqlarını, lakin ən pislərini çıxara bilmədiklərini söyləyirlər. Dediklərinə görə onun bədənində qorxunc bir qatilin ruhu qalıb. Nəhayət rahiblərin dedikləri düz çıxır və Teylor həmin gecə arvadını və itini vəhşicəsinə öldürür.//qaynar.info

Paylaş
Xəbər lentİ