Millət vəkili AzTV-dən nələr yazdı?

Oxunma sayı: 557
28-07-2019, 23:28

Millət vəkili AzTV-dən nələr yazdı?
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində son altı ayda çox ciddi keyfiyyət dəyişiklikləri baş verməsini həm tamaşaçı, həm də keçmiş bir həmkar olaraq, böyük məmnuniyyətlə izləyirəm. Efirin siması demək olar ki, büsbütün dəyişib, televiziyada böyük canlanma yaranıb.

Arasdırma.info xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva AzTV haqda sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib. O bildirib ki, qısa müddət ərzində belə dəyişikliklərə nail olmaq önəmli uğurdur və ümid edirem ki, uğurlar daha da artacaq:

“Bir sözlə, görünən odur ki, uzun sürən durğunluq dövrü başa çatıb və AzTV-nin həyatında yeni mərhələ başlanıb. Yeni mərhələ isə özündə yeniləşmə, müasirləşmə və yüksək zövq ehtiva edir. Efir dinamikasına nəzər salan hər kəs bunun canlı şahidi olur. Burada xüsusi qeyd ediləsi məqamlardan biri də təqdim olunan yeni verilişlərdir. Təbii ki, böyük zəhmət və gərgin fəaliyyət tələb edən verilişlərin ərsəyə gəlməsi, efirin yüksək zövqlə təqdimatı həm də mənəvi-psixoloji amillə birbaşa bağlıdır. Şübhəsiz ki, sağlam mühit yaradıcılıq imkanlarını artırır, yeni-yeni ideyalara yol açır”.

Millət vəkili ictimai-siyasi proqramları xüsusi olaraq qeyd edib və bildirib ki, dəfələrlə qonaq qismində dəvət aldığı bu istiqamətdə proqramların hər birində aktuallıq və operativlik başlıca prinsip kimi diqqətdə saxlanılır. Bəzi hallarda isə bu verilişlər birbaşa park və xiyabanlardan yayımlanır:

“Bu da, məncə, AzTV-nin efir praktikasında ilklərdən biridir. Mədəniyyət kanalında da yeni və bir-birindən maraqlı layihələr izləyirik. Telekanalda yayımlanan bütün yeni proqramlar tamaşaçının maariflənməsinə, milli-mənəvi dəyərlərin, xüsusilə gənclərdə vətənpərvərlik əhval-ruhiyyəsinin artmasına zəmin yaradır. Bütün bunlar efir palitrasını və nəticə etibarı ilə tamaşaçının intellektini zənginləşdirir. Bir sözlə, AzTV son 6 ayda müsbətə doğru çox böyük addımlar atıb və bunu görməmək sadəcə mümkün deyil. AzTV-dəki həmkarlarıma bundan da böyük uğurlara imza atmalarını diləyirəm”.Kult.az

Paylaş
Xəbər lentİ