"Bozbash pictures" serialındakı Ağsaqqal obrazı ilə tanınan aktyor Azər Baxşəliyev İTV-də fəaliyyətə başlayıb.
Arasdırma.info xəbər verir ki, Azər bir müddətdir sözügedən kanalda çalışır.
Qeyd edək ki, Baxşəliyev əvvəllər ATV-də işləyirdi. Daha sonra o, "Bozbash pictures" komandası ilə çalışmağa başlayıb. Ötən il isə aktyorluq fəaliyyətinə ara verib, "M group" prodakşında işə düzəlmişdi.
Sənətçi önümüzdəki mövsüm yeni layihəsi ilə İTV-də olacaq.
Axsam.az
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70