Sona Əzizova “Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsində beşinci yeri tutub - YENİLƏNİB+VİDEO

Oxunma sayı: 267
20-12-2021, 08:19

Sona Əzizova “Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsində beşinci yeri tutub - YENİLƏNİB+VİDEO
Fransanın paytaxtı Parisdə keçirilən “Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsi başa çatıb.

Arasdırma.info xəbər verir ki, Azərbaycanı sözügedən müsabiqədə “One of those days” mahnısı ilə Sona Əzizova təmsil edib.

Ümumi səslərin sayına görə 151 xal toplayan təmsilçimiz yekunda beşinci yeri tutub.

“İlk beşliy”i Gürcüstan (dördüncü), Fransa (üçüncü), Polşa (ikinci) və Ermənistan tamamlayıb.

20:23

Azərbaycanı “Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsində təmsil edən Sona Əzizova çıxışını başa vurub.
Arasdırma.info xəbər verir ki, “One of those days” mahnısı ilə əla performans göstərən təmsilçisimiz uğurlu çıxışla diqqət çəkib.

Sözügedən görüntüləri təqdim edirik:




19:25

Bu gün Fransanın paytaxtı Parisdə “Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsi keçirilir.

Ölkəmizi müsabiqədə “One of those days” mahnısı ilə Sona Əzizova təmsil edir.

Yarışmada Azərbaycanla yanaşı, Albaniya, Almaniya, Bolqarıstan, Ermənistan, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, İspaniya, Qazaxıstan, Malta, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, Rusiya, Serbiya və Ukrayna təmsilçiləri də qatılır.

Xatırladaq ki, Azərbaycan bundan əvvəl “Avroviziya Uşaq Mahnı Müsabiqəsi”ndə üç dəfə iştirak edərək 11, 7 və 16-cı yerlərin sahibi olub. Mahnı müsabiqəsində ölkəmiz 3 illik fasilədən sonra təkrar iştirak edir.//Cahantv.az

Paylaş
Xəbər lentİ