Direktor Şəbnəmi həbs etdirmək istəyir — İftixar Piriyevin Binəqədi məhkəməsindəki dostu kimdir?

Oxunma sayı: 603
25-09-2019, 19:39

Direktor Şəbnəmi həbs etdirmək istəyir — İftixar Piriyevin Binəqədi məhkəməsindəki dostu kimdir?
İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev bu teatrın keçmiş aktrisası Şəbnəm Cəbrayılovanı həbs etdirmək istəyir.
Arasdırma.info xəbər verir ki,bu barədə "Ölkə.Az"-a Cəbrayılova özü məlumat verib. Onun sözlərinə görə, Piriyev aktrisanın məhkəməyə müraciət etməsindən qəzəblənib:

"O, mənim övladımı itirməyimin səbəbkarıdır. Buna görə də məhkəməyə müraciət etmişəm. Amma deyib ki, bu məhkəməni udum, onu həbs etdirəcəyəm".

Ş.Cəbrayılovanın sözlərinə görə, direktor prosesin Nəsimi Rayon Məhkəməsində keçirilməsinə mane olmağa çalışır:
"Mən onunla bağlı həm Binəqədi, həm də Nəsimi məhkəməsinə müraciət etmişəm. Çünki bu ilin iyul ayının 9-na qədər teatrın hüquqi ünvanı Binəqədi rayonu sayılırdı. Amma hazırda hüquqi ünvan Nəsimi rayonudur. Tanışlıq iclasına nə özü, nə də nümayəndəsi gəlmədi. Sentyabrın 17-nə proses təyin olundu və bir nəfər gəldi, bildirdi ki, vəkil deyil, sadəcə, teatrın nümayəndəsidir. Hakim sual verir, sualları cavablandıra bilmir. Axırda hakim dedi ki, prosesə ya İftixar Piriyev özü, ya da vəkili gəlsin. Üç gün sonra həmin şəxs vəkil qismində məhkəməyə gəldi və bildirdi ki, məhkəmənin Binəqədidə olmasını istəyir. Halbuki qanunla məhkəmə Nəsimi rayonunda olmalıdır. Sadəcə, bu adamın Binəqədi məhkəməsində tanışları, dostları olduğu üçün orada keçirilməsini istəyir. Vəkilim deyir ki, əgər qanunla danışırıqsa, hansı rayon məhkəməsində olmasının nə önəmi var? Vəkil suala cavab verə bilmir. Amma aydındır ki, İftixar Piriyev işi Binəqədi rayonuna daşımaqla, başqa vasitələrlə təsir göstərmək, məsələni öz xeyrinə həll etdirmək istəyir".

Qeyd edək ki, Ş.Cəbrayılova bir neçə ay öncə mətbuata açıqlamasında övladının tələf olmasında İ.Piriyevin günahkar olduğunu bildirmişdi.

Paylaş
Xəbər lentİ