"Təhminə"ni yaradan yazıçının doğum günüdür - Tarixdə bu gün

Oxunma sayı: 696
14-03-2017, 12:37

"Təhminə"ni yaradan yazıçının doğum günüdür - Tarixdə bu gün

838-ci ilin bu günündə Azərbaycan xalq qəhrəmanı, "Xürrəmilər" hərəkatının ən görkəmli rəhbəri, Ərəb xilafətinə qarşı üsyana rəhbərlik etmiş sərkərdə Babək Samirə şəhərində edam edilib.

14 mart 1879-cu ildə nəzəriyyəçi, fizik, müasir nəzəri fizikanın yaradıcılarından biri, fizika üzrə Nobel mükafatı laureatı Albert Eynşteyn anadan olub. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilmiş dünya şöhrətli alim 1945-ci ildə Prezident Franklin Delano Ruzveltə yazdığı məktubunda fizik və mühəndislər tərəfindən nüvə silahının yaradılması barədə xəbər verib. O, 1921-ci ildə fizika sahəsində fotoeffektlə bağlı işlərinə görə Nobel mükafatına layiq görülüb.

14 mart 1899-cu ildə isə Bakıda Xilaskar İsa Kilsəsinin açılışı olub. Alman memarı Adolf Eyxlerin layihəsi əsasında tikilmiş kilsə neoqotik üslubda ərsəyə gətirilib. Hazırda həmin bina Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqi Zalı kimi fəaliyyət göstərir.

1938-ci ilin bu günündə Xalq Yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar anadan olub. O, “Ağ liman”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Macal”, “Dantenin yubileyi”, “Əlaqə”, “Otel otağı”, “Ağ qoç”, qara qoç, “Göz muncuğu”,”Keçən ilin son gecəsi”, “Mən, sən, o və telefon”, “Gürcü familiyası”, “Qırmızı limuzin” və digər povest, roman və hekayələri ilə ədəbiyyatımıza yeni nəfəs gətirmiş bənzərsiz sənətkarlardandır. Onun ssenariləri əsasında 11 bədii film, bir neçə sənədli və televiziya filmləri çəkilib. Anarın pyesləri Azərbaycanın bütün teatrlarında tamaşaya qoyulub.

14 mart 1956-cı ildə ilk dəfə videomaqnitofon ictimaiyyətə təqdim olunub. Əlli min dollar dəyəri olan “VR 1000” adlı bu cihaz yalnız böyük televiziya şirkətlərində istifadə edilib.

Paylaş
Xəbər lentİ