“Maşın”dan ilk gedən Kərim Abbasov oldu

Oxunma sayı: 606
3-10-2019, 01:24

“Maşın”dan ilk gedən Kərim Abbasov oldu
“Maşın” realiti-şousunun 18-ci buraxılışında ilk səsvermə baş tutub.

Arasdırma.info xəbər verir ki, iştirakçılar tərəfindən ən çox fotosu atılan aşıq Namiq Fərhadoğlu olub.
Oyunda qalmaq üçün mübarizə aparan sənətçi səs topladığı təqdirdə müğənni Kərim Abbasovu çıxaracağını bildirib. O, xanım iştirakçıları oyunda saxlayacağını söyləyib.
Oyun boyunca ifaçılar arasında qalmaqal yaşanıb.

Veriliş boyunca Namiqlə Kərim arasında söz savaşı davam edib.

“Görün necə güclü insanam ki, burada Bilal Əliyev, Namiq, Nazim Faytonçu və başqaları mənə qarşıdı” deyə, Kərim deyib.

Proqram zamanı Namiqin Kərimi Nazim Pişiyarinin istəyi ilə hədəf seçdiyi bəlli olub.

Nəticədə 69,41 faiz səs toplayan Namiq Kərimi oyundan çıxarıb.

Qeyd edək ki, şouda oyunu Xalq artistləri Bilal Əliyev, Fatma Mahmudova, müğənnilər Ayan Babakişiyeva, Türkan Vəlizadə, Nazim Pişyari, Fuad Musayev, Aysun İsmayılova, Ramal İsrafilov, Niyam Salami, meyxanaçı Aqşin Fateh, aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Qasımoğlu, aşıq Namiq Fərhadoğlu, aktrisa Zümrüd Qasımova, aktyor Məcid Hüseynov, reper Qurd davam etdirir.Axsam.az

Paylaş
Xəbər lentİ