Arasdirma.info

Azərbaycanlı məşhur dünyasını dəyişdi

15-03-2017, 14:36

Azərbaycanlı məşhur dünyasını dəyişdi

Tanınmış kinoşünas Aydın Dadaşov bir neçə saat əvvəl ürək tutmasından dünyasını dəyişib.

Bu barədə mərhumun qardaşı oğlu, aktyor Əjdər Dadaşov məlumat verib.

Mərhumla vida mərasimi öz evində keçiriləcək və o, bir neçə ay öncə rəhmətə gedən həyat yoldaşının yanında dəfn olunacaq.

A.Dadaşov əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Dövlət mükafatı laureatı, filologiya üzrə elmlər doktoru, professor idi. Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya fakültəsinin "Kinoşünaslıq" kafedrasına rəhbərlik edirdi.

Allah rəhmət eləsin!

Mənbə: enter.news

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN