Arasdirma.info

Ancelina Coli və Kriştianu Ronaldo türk serialına çəkilmək istəyirlər

24-02-2017, 03:20

Ancelina Coli və Kriştianu Ronaldo türk serialına çəkilmək istəyirlərMəşhur aktrisa Ancelina Coli və futbolçu Kriştianu Ronaldo türk serialına çəkilmək istəyirlər.

arasdirma.info-ın APA-ya istinadla məlumatına görə, “Həyat körpüsü” adlı treylerin çəkilişləri Qaziantəp şəhərində aparılacaq.

Serialda Suriyadakı hərbi münaqişədən qaçaraq Türkiyəyə sığınan suriyalı ailənin taleyindən bəhs edilir.

Filmin direktoru Eyül Dirlikin sözlərinə görə, Ronaldo və Coli serialda çəkilmək istəyən məşhurlar arasındadırlar.

Serialda baş rollardan birini oynayacaq Perihan Savaş çəkilişlərin mart ayında başlayacağını bildirib.

A.S.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN