76 yaşı tamam olan Hacı İsmayılov: “Aş da var, dovğa da...” - Foto

Oxunma sayı: 517
22-01-2020, 17:25

76 yaşı tamam olan Hacı İsmayılov: “Aş da var, dovğa da...” - Foto
Xalq artisti Hacı İsmayılovun bu gün 76 yaşı tamam olur.

Arasdırma.info xəbər verir ki,xalq artisti ad günü təəssüratlarını Teleqraf.com-a bölüşüb.

O, söhbətə zarafatla başlayıb: “Mənim 76 yox, 67 yaşım tamam olur... Səhər Mədəniyyət naziri Əbülfəs Qarayev məni təbrik etdi, uğurlar dilədi. Mən də hörmətli nazirimizə təşəkkür etdim.

Tanışlar, dostlar zəng edib doğum günümü təbrik edirlər. Hər şey gözəldir. Ad günümü evdə ailəmlə, nəvələrimlə qeyd edəcəm.

Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müaviniyəm. Burada da ad günümə görə bayram ab-havası var. Süfrədə gözəl təamlar düzülüb... Aş da var, dovğa da... Hamı məni ürəkdən təbrik edir.

Yavaş-yavaş yaş keçir, o tərəfə hazırlaşırıq. Saçımız ağarmağa, gözlərimiz zəifləməyə başlayıb. Amma bu, həyatın qanunudur və belə də olmalıdır. Təbii ki, Allaha şükür edirəm ki, mənə ömür verib”.

Paylaş
Xəbər lentİ