"Qızıl qələm"ə layiq görüldü.

Oxunma sayı: 679
24-01-2020, 22:07

"Qızıl qələm"ə layiq görüldü.
Solmaz Həsənova "QIZIL QƏLƏM" media mükafatına layiq görülüb.
Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə Solmaz Qəribel Həsənova “Qızıl Qələm” media mükafatına layiq görülmüşdür.
Xatırladırıq ki,Solmaz Qəribel Həsənova Agdərə rayonunun İmarət -Qərvənd kəndində anadan olub, 1997-ci ildə ATU-nin Pediatiriya fakultəsini bitirib, 2009-cu ildə Həştərxan şəhərində həkim nevroloq ixtisasına yüyənmiş və hal -hazırda həmin şəhərdə həkim nevroloq olaraq fəaliyyət göstərir.Gözəl və peşəkar həkimdir.Bununla yanaşı Solmaz Qəribel bədii yaradıcılıqla da məşğuldur.Müxtəlif mövzularda şerlər və məqalələrlə çıxışlar edir. Hal hazırda 2 kitabın müəllifidir. " "Məni məndən alan dünya, " və " Qərib küləklər" şerlər kitabları dərc olunub.
Nə yaxşı ki,Vətənimiz,eləcə də,Qarabağımız belə namuslu,qeyrətli,vətənpərvər qadınlar yetişdirib.
Redaksiya adından Solmaz xanımı ürəkdən təbrik edirik.Arzu edirik ki,daha böyük nailiyyətlərə imza atasınız. Sizinlə fəxr edirik.
"Qızıl qələm"ə layiq görüldü.
"Qızıl qələm"ə layiq görüldü.



"Salam əzizlərim hər birinizə ən önəmlisi can sağlığı arzu edirəm,həyatın mübarizə olduğun şüar edib , ömrünüzü çəkişmələrə, dedi -qoduya sərf etməyin..."

Günahın suyu qurtarıb

Günahın suyu qutarıb,
Günahını yuya bilmir
Gözü kor, qulağı kardır,
Günahını duya bilmir.

Hey dolanır qaranlıqda,
Rahat gəzib, uya bilmir.
Yorulmur ,çəkilən ahdan,
Günahından doya bilmir.

Bəyaz qardan selə dönür,
Yolun azır, "çölə "dönür.
Bir bulanıq gölə dönür
Günahını yuya bilmir..."

16.01 .2020.Solmaz Qəribel.

Paylaş
Xəbər lentİ