"Ilin adamı"seçildi.

Oxunma sayı: 620
11-03-2020, 17:10

"Ilin adamı"seçildi.
Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən keçirilən "İlin adamı"nominasiyasının qaliblərindən biri də Şair Mübariz Hüseyndir.
Xatırladırıq ki,Mübariz Hüseyn oğlu Məmmədov əslən Borçalı mahalındandır.Onda Zəlimxan ruhu var.Mübariz Hüseyn yazdığı şerlərlə ürəkləri fəth edir.Təbiət,vətən,gözəllik,sevgi onun şerlərində əks olunur.Bir neçə kitabın müəllifidir.Redaksiyamız adından onu təbrik edirik,oxucularına yeni - yeni əsərlərlər bəxş etməyi arzulayırıq.
"Ilin adamı"seçildi.
A DAĞLAR
( dodaqdəyməz)
(şeirə süni baxanlar oxumasa yaxşıdı)

Gənclik, tale incidərək gen saldı,
Şəhər çəkdi, intizarlı el qaldı.
Gələn ağrı sızladaraq can aldı
Getdi əldən seyrəngahın, şən çağlar
Səndən ayrı, dərd ağırdı a dağlar.

İllər sancar ellərindən gedəni,
Qara saça erkən salar dərd, dəni.
Sən ey tale, etdin xəyal edəni
Yaş keçdikcə yanan sızlar, qan ağlar
Səndən ayrı dərd ağırdı, a dağlar.

Hey çəkincə tale aran yerinə,
Xəyali ağrılar gedir dərinə.
Qarışır nisgillər hicran tərinə
Sənsizlik incidər, sinələr dağlar
Səndən ayrı, dərd ağırdı, a dağlar.
(Mübariz Hüseyn Borçalı)

Paylaş
Xəbər lentİ