"Qızlara intim təkliflər edir, pulumuzu kəsir" - "Aldanmış hisslər"də qalmaqal

Oxunma sayı: 877
13-05-2020, 04:49

"Qızlara intim təkliflər edir, pulumuzu kəsir" - "Aldanmış hisslər"də qalmaqal
ATV-də yayımlanan "Aldanmış hisslər" serialının aktyou Famiz Hüseynov ekran işinin rejissoru Faiq Nağıyevlə bağlı iddia irəli sürüb.

Arasdırma.info xəbər verir ki, Famiz Hüseynov sosial şəbəkədə video paylaşaraq rejissorun seriala çəkilən qızlara əxlaqsız təkliflər etdiyini bildirib:

"Mən də "Aldanmış hisslər" serialında çəkilirdim, bu gündən imtina etdim, uzaqlaşıram. Səbəb isə odur ki, rejissor Faiq Nağıyev özbaşınalıq edir. Aktyorların pulunu kəsir, haqsızlıq edir. Haqsızlığa dözə bilmərəm. Seriala gələn bütün gənc qızlara müəyyən pis, iyrənc təkliflər edir. Onların müqabilində ekran işinə çəkəcəyini deyir. Deyir ki, serialıma çəkilmək istəyirsənsə, aramızda münasibət olmalıdır. Orada çəkilənlərin günahına girə bilmərəm, o yoldan keçiblər, ya yox. O rejissordan uzaq olun. Elə rejissorlar filmə, sənətə ləkədir".

Sözgedən serialda baş rolu canlandıran aktrisa Gülşən Hüseynli saytımıza açıqlamasında Famiz Hüseynovun iddialarını təkzib edib:
"Mən serialda baş rol olan Xumar obrazını canlandırıram. Onun səsləndirdiyi bütün fikirlər yalandır.

Artıq neçə müddətdir ki, çəkiliş meydançasındayam. Serialda da Faiq ilə mən bacı-qardaş münasibətindəyik. Hansısa bir xanıma artıq hərəkət etməsini görməmişəm. Famiz Hüseynovun hekayəsi qurtardı və çıxdı. Famiz aktyor deyil, o, barmen işləyirdi. Onun özü Faiq Nağıyevdən xahiş etdi ki, onu seriala çəksin. O dedi ki, epizodik rol da olsa çəkilmək istəyir. O, sürücü obrazını oynayırdı və hekayəsi bitdi, serialdan çıxdı. Mən də bir kişinin qızıyam, bacısıyam. Famiz ilə danışacam və ad çəkməsini tələb edəcəm".Teleqraf.com

Paylaş
Xəbər lentİ