Arasdirma.info

Zeynəb xanımın “vəfat” xəbərini yayan və sevinən kimdir?

19-05-2020, 08:15

Zeynəb xanımın “vəfat” xəbərini yayan və sevinən kimdir?
Xalq artisti Faiq Ağayev dünya şöhrətli sənətçi, SSRİ xalq artisti Zeynab Xanlarova haqda yayılan yalan xəbərə görə sosial şəbəkə hesabında etirazını bildirib.

Kult.az xəbər verir ki, F.Ağayev yalan olduğunu bildiyi halda Zeynəb xanımın ölüm xəbərini yayanların mütləq cavab verəcəklərini qeyd edib.

Xalq artisti, həmçinin, bu xəbərə aldanıb inananların olduğunu, buna görə üzüldüyünü vurğulayıb.

“Üstəgəl, bu xəbərə müqəddəs Ramazan ayında açıq-aşkar sevinənlər gördüm son 40 dəqiqədə. Allahdan qorxmurlar”, - deyə F.Ağayev yazıb.

Qeyd edək ki, gecə ikən yayılan bu yalan xəbər sosial şəbəkələrdə ciddi narahatlıq və reaksiyalar doğurub.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN