Arasdirma.info

AzTV-nin baş redaktoru koronadan vəfat etdi

3-07-2020, 01:45

AzTV-nin baş redaktoru koronadan vəfat etdi
AzTV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi, rejissor Etibar Babayev koronavirusdan dünyasını dəyişib.

Arasdırma.info xəbər verir ki, bu barədə məlumatı tanınmış politoloq Elçin Mirzəbəyli paylaşıb.

“Lənətə gəlmiş koronavirus tələbə yoldaşım, ailəvi dostum, qonşum, çox istedadlı rejissor, gözəl insan Etibar Babayevin də həyatına son qoydu.

Allah rəhmət eləsin. Sözün bitdiyi yerdəyəm”, - E.Mirzəbəyli qeyd edib.Axar.az

Xatırladaq ki, E.Babayev uzun illər sevə-sevə izlədiyimiz "Kinoklub"un yaradıcısı idi.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN