Milli Televiziya və Radio Şurasının (MTRŞ) videoformatda iclası keçirilib.
Arasdırma.info xəbər verir ki,MTRŞ-dan verilən məlumata görə, iclasda iyulun 20 – 31-də ümum-ölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub.
İyulun 23-də “Space” televiziya kanalının efirində saat 19.00 – 20.00 arası müddətdə 20 dəqiqə 48 saniyə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub.
Şura həmin qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Space” televiziya kanalının efirində avqustun 10-da proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.APA
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70