Elgiz Əkbər əsəbləşdi: "Məhkəmədə görüşərik"

Oxunma sayı: 1 657
22-08-2020, 11:17

Elgiz Əkbər əsəbləşdi: "Məhkəmədə görüşərik"
Aparıcı Elgiz Əkbər haqqında xəbər yayan səhifələrin birini məhkəməyə verib.

Arasdırma.info xəbər verir ki, buna səbəb Elgiz Əkbərin keçmiş millət vəkili Hadı Rəcəblinin oğlunun toy mərasiminə qatılması və karantin qaydalarını pozmasının iddia edilməsi olub.

Bundan əsəbləşən Elgiz Əkbər İnstaqramda bu sözləri yazıb:

"Bu boyda da yalan olar? Bu insanlar Allahdan qorxmurlar? Şəkil qışda "Elgizlə izlə" verilişinin təşkilatçılığı ilə keçirilən atasını, əmisini Qarabağ döyüşlərində itirən şəhid balasının toyunda çəkilib. Bu aralar heç bir toy və yas məclisində iştirak etməmişəm. Məhkəmədə görüşərik. 50 min manat təzminat iddiası ilə məhkəməyə müraciət etdim"//teleqraf
Elgiz Əkbər əsəbləşdi: "Məhkəmədə görüşərik"

Paylaş
Xəbər lentİ